Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən 41 yaşlı rayon sakini Əliyev Mehman Zeynəddin oğlunu vurub. Nəticədə Mehman Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Bakıda həbsdə olan oğluna narkotik aparan ana saxlanıldı
Penitensiar Xidmətin əməliyyat aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alıblar. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Paşayeva Ofelya …
Read More »Bir gecədə üç ev yanıb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa, Beyləqan rayonunun İmamverdili kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar …
Read More »Lənkəranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb
Lənkəranda yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 4-ü saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Şağlaser kənd sakini Y.Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Zemfira Kərimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Read More »Gəncə sakinində silah və narkotik aşkarlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Arzu Kərimov şəhər ərazisində saxlanılaraq, Kəpəz RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 …
Read More »Pandemiya dövründə Almaniyada irqçi hücuma məruz qalan azərbaycanlılar
COVID-19 pandemiyası dövründə Almaniyada əcnəbilərə qarşı irqçi hücumların sayında artım qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, ötən ilin noyabr ayına qədər agentliyə irqi və siyasi motivli hücuma məruz qalan 6 000-ə yaxın şəxs müraciət edib. Bu 2019-cu ildəki göstərici ilə müqayisədə iki dəfə çoxdur. Belə ki, həmin il agentliyə irqçi və siyasi motivli hücuma məruz qalan 3 200 şəxs müraciət etmişdi. 2020-ci ildə …
Read More »Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb
Bakıda yol qəzası baş verib. Boyukmillet.com-un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb. Belə ki, minik avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus UAZ markalı yük avtomobili toqquşub. Nəticədə yük maşını aşıb, avtomobildə olan şəxslər xəsarət alıb. Hər iki maşına isə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Read More »Biləsuvarda 25 kq-dan artıq narkotik vasitə aşkarlandı
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan ölkəmizə qaçaq yolla narkotik vasitə, psixatrop maddə və narkotik tərkibli həblər keçirən əcnəbi vətəndaş saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İran vətəndaşı Sadeq Şəfii rayon ərazisində saxlanılıb və şəxsi …
Read More »Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından …
Read More »Bakıda 37 yaşlı qadın yol qəzasında xəsarət aldı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Məlikova Samirə Yusif qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Read More »