Çərşənbə , 11 Mart 2026

hadisə

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində QƏRAR

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzovanın həbs müddəti uzadılıb. Bu barədə qərar Bakı şəhər Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə elan edilib. Qərara əsasən, Günay Novruzovanın həbsi 3 ay 14 gün müddətinə uzadılıb. Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də …

Read More »

DTX-nin videosundakı şok detal: Qutulardan “bin Laden” pulları çıxdı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı son görüntülər ölkə gündəmini silkələdi. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 2025-ci ilədək olan dövrdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırması faktı rəsmən açıqlanıb. Kadrlarda qutulara yığılmış manat və dollar bağlamaları ilk baxışda adi görünə bilər. Lakin diqqətli baxışdan yayınmayan mühüm detal var: bənövşəyi rəngli 500 avroluq əskinaslar. Bu detal …

Read More »

DTX onları axtarışa verib – RƏSMİ

Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə ittiham olunurlar. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX məlumat yayıb.  İttiham olunanlardan 3-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. “Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan …

Read More »

Milli Şura xarici xüsusi xidmət orqanlarının maddi yardımı ilə fəaliyyət göstərib – İTTİHAM

“Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi ilə bağlı fəaliyyət göstərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilib. Bildirilib ki, 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini …

Read More »

Cəlilabadda 14 kiloqram narkotik aşkarlanıb

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən əvvəllər məhkum olunmuş 26 yaşlı Emil Rəşidov, 32 yaşlı Ramin İsrafilov və 27 yaşlı Taleh İsazadə həbs olunub. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, onlardan ümumilikdə 14 kiloqram marixuana və metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onların xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri narkotik vasitələri …

Read More »

İsmayıllıda narkotiki satış məqsədilə meşədə gizlədən şəxs tutulub

İsmayıllıda narkotik satışı ilə məşğul olan şəxs tutulub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub. Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Read More »

SON DƏQİQƏ!Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı saytımıza təsdiq edib. Allah rəhmət eləsin!

Read More »

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olunublar

Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü – Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar. Qeyd edək ki, ilin …

Read More »

Tərtərdə 150 kq-a yaxın yararsız at ətinin satışa çıxarılmasının qarşısı alınıb

Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin bir ədəd at başı və sümükləri aşkar edilib. Boyukmillet.com xəbər verir ki, faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsi və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər RPŞ-nin əməkdaşları birgə reyd keçirib. Araşdırma zamanı aydın olub ki, …

Read More »

Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 21 kq narkotik vasitə aşkarlanıb. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən …

Read More »