Çərşənbə , 11 Mart 2026

hadisə

Ölkəyə külli miqdarda siqareti qanunsuz gətirmək istədilər

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda – 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən realizə edilməsinin qarşısı alınıb. Bu barədə  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycana …

Read More »

Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kq marixuana aşkarlanıb – Əməliyyat görüntüləri

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb. Onun idarə etdiyi “Land Rover” markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən …

Read More »

“Fənərbağça” prezidentinin ekspertiza nəticəsi açıqlandı 

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan narkotiklərlə bağlı araşdırma davam edir. Boyukmillet.com xəbər verir ki, istintaq çərçivəsində müayinədən keçirilən “Fənərbağça” klubunun prezidenti Sadəddin Saranın saç nümunəsində aparılan ekspertiza zamanı kokain maddəsinə rast gəlinib. Məlumata əsasən, Saranın eyni vaxtda götürülən qan, sidik və dırnaq nümunələrində isə hər hansı narkotik maddə aşkarlanmayıb. Hazırlanan ekspertiza rəyi …

Read More »

İrandan Azərbaycana 6 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 6 kq 848 qram marixuana, 0.006 mq tiryək keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, narkotik keçirilməsinə cəhdin qarşısı Xidmətin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

Almaniyada keçmiş deputat Azərbaycandan rüşvət aldığına görə həbs edilib

Münxen Ali Əyalət Məhkəməsi keçmiş deputat Aksel Fişer barəsində həbs qərarı çıxarıb. Məhkəmənin sədri hakim Yoxen Böslün bildirdiyinə görə, Aksel Fişer Bad Zekkingendə bir klinikada saxlanılıb və Münxendəki məhkəməyə gətirilməli idi: “Biz bu eskalasiyadan məmnuniyyətlə qaçardıq. Amma bizim baxışımıza görə, buna özü səbəb olub”. Fişerin vəkilləri həbs qərarına qarşı şikayət veriblər. Almaniyanın Die Velt nəşri yazır ki, təqsirləndirilən şəxs dəfələrlə məhkəməyə gəlməyib …

Read More »

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Gömrük Komitəsindən bildirilib. Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib. Yoxlama …

Read More »

Ermənilərin DTX-da saxlanıldığı yerdən GÖRÜNTÜLƏR

“The Oligarch’s Design” sənədli filmində ermənilərin DTX-də saxlanma şəraiti göstərilib Filmdə tibbi xidmətlər üçün nəzərdə tutulan otaq, idman zalı, dərmanlarla təmin edilmiş tibb otağı və kitabxananın mövcud olduğu əks olunub. Qeyd edək ki, “AnewZ” beynəlxalq telekanalı tərəfindən hazırlanan “The Oligarch’s Design” adlı sənədli filmi Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı …

Read More »

“Fənərbağça” prezidenti prokurorluğa çağırıldı, evində axtarış aparıldı

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində Fənərbağça Klubunun prezidenti Sadettin Saran şübhəli şəxs qismində ifadə vermək üçün çağırılıb. Məlumata görə, hüquq-mühafizə orqanları Saranın evində axtarış aparır. İstintaq çərçivəsində Sadettin Saranın hazırda İtaliyada olduğu bildirilir. Onun vəkilləri vasitəsilə Türkiyəyə qayıtması istənilib. Vəkillər Saranın sabah Türkiyəyə dönəcəyini açıqlayıblar. Ezgi Eyüboğlu və daha 7 nəfər saxlanılıb İstintaq çərçivəsində Ezgi …

Read More »

Kürdəmirdə 9-cu sinif şagirdi faciəvi şəkildə həlak oldu

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub. Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə yanaraq həlak olub. Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və …

Read More »

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs olunublar. Bu barədə Boyukmillet.com Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb. Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə …

Read More »