Cümə axşamı , 19 Fevral 2026

hadisə

Cəmil Həsənli DTX-ya çağırılıb

Milli Şuranın sədri Cəmil Həsənli dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Boyukmillet.com-un məlumatına görə, o, Prezident Aadministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib. Qeyd edək ki, Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. O, sosial şəbəkə hesabında bildirib ki, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” …

Read More »

Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. Boyukmillet.com-un məlumatına görə, o sosial şəbəkə hesabında bildirib ki, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib. Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və …

Read More »

Əli Kərimli saxlanılıb, evində axtarış aparılıb

AXCP Əli Kərimlinin DTX  əməkdaşları tərəfindən saxlanılması barədə bəyanat yayıb. Partiyanın məlumatında bildirilir ki, Kərimlinin saxlanılması üçün heç bir rəsmi əsas açıqlanmayıb. Həmçinin, onun evində axtarış aparılıb. “Eyni zamanda, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, özü isə saxlanılıb. Partiyanın başqa bir neçə nəfər fəalının da saxlanıldığı haqda məlumatlar var. Bəyan edirik ki, Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir. …

Read More »

Azərbaycan sərhədində 90 milyonluq heroin aşkarlandı – FOTOLAR

Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu təhlükəli narkotiklərin aşkar olunması ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi …

Read More »

Kiberpolis kart tədarükçülərinə qarşı əməliyyat keçirib, 8 nəfər saxlanılıb

Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsində istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən şəxslərə qarşı kiberpolis tərəfindən əməliyyat-texniki tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı qeyd edilən qanunazidd fəaliyyətlə məşğul olan daha 8 nəfər – …

Read More »

Baş İdarə əməliyyat keçirib, 62 kq narkotik aşkarlanıb

62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar. Saxlanılan şəxslərdən ümumilikdə …

Read More »

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız ittihamlarla Ukraynada saxlanıldığı deyilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “qafqazino”ya həbs olunan şəxslərdən birinin qohumu müraciət edib. Adının çəkilməyini istəməyən şikayətçi iddia edib ki, Əmrah Cəfərzadə, Vüsal Əliyev və İsa Koçar erməni əsilli qadının saxta ittihamlarına görə həbsə salınıblar. Onun sözlərinə görə, adıçəkilən şəxslərə erməni əsilli Ukrayna vətəndaşına qarşı təcavüz …

Read More »

DTX-nin həbs etdiyi şəxslərə ağır cəza verildi

Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışlarından sonra təqsirləndirilənlərə son söz verilib. Müşavirədən sonra hökm elan edilərək Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 İl, Elçin Əzizov isə 10 il …

Read More »

Mədəniyyət Nazirliyində xərclərlə bağlı şişirtmə iddiaları: Meydan TV əldə etdiyi sənədləri açıqlayır

Son günlər sənətçilərin Mədəniyyət Nazirliyinə qarşı korrupsiya iddiaları səsləndirdiyi bir vaxtda Meydan TV-yə Zaqreb səfərinə dair xərclər smetası daxil olub. Sənəddə yer alan bilet və ezamiyyət rəqəmləri mövcud bazar qiymətləri ilə üst-üstə düşmür. Mədəniyyət Nazirliyi ətrafında qalmaqal Artıq bir neçə gündür ki, müğənni Nura Suri sosial şəbəkədə Mədəniyyət Nazirliyi ilə bağlı tənqidi ittihamlar səsləndirir. Bu ittihamlardan sonra ona bir neçə digər sənətçi …

Read More »