Çərşənbə , 9 Aprel 2025

İdman

Dünya çempionatı: Azərbaycanın sərbəst güləş yığması 4-cü yeri tutub

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.Boyukmillet.com xəbər verir ki, mundiala 9 idmançı ilə yollanan Azərbaycan millisinin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb. Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər …

Read More »

Azərbaycanlı güləşçi: “Yeganə hədəfim dünya çempionluğudur”

“Buraya çempion olmaq üçün gəlmişik. Hazırda mənim yeganə hədəfim budur”. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycanın səbəst güləşçisi Cəbrayıl Hacıyev Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatındakı hədəfi barədə danışarkən deyib. 70 kq çəki dərəcəsində finala vəsiqə qazanan idmançı bütün rəqiblərinin güclü olduğunu bildirib: “Həqiqətən səviyyəli idmançılardır. Görüşlər mənim üçün yaxşı keçdi. Öz …

Read More »

Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcək

Azərbaycan karateçiləri 20-22 avqustda Finlandiyanın Tampere şəhərində keçiriləcək yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasından  verilən məlumata görə, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi millinin heyətində 14-15 yaşlı yeniyetmələrdən 10 idmançı, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə daha 10 karateçi yer alıb. Yarışa kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük …

Read More »

Milli Paralimpiya komandamız Tokio 2020-də rekord sayda idmançı ilə təmsil olunacaq

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli komandasının missiya rəhbəri Rauf Mürsəlov və müavini Azər Tapdıqov dünən Yaponiyanın paytaxtı Tokio şəhərinə yola düşüblər. Bu barədə  Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat katibi Azər Tapdıqov bildirib. Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya komandası 6 idman növündə rekord sayda – 36 idmançı ilə təmsil olunacaq. Oyunlar 24 avqust – …

Read More »

Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq. AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla “Report”a açıqlamasında məlumatı təsdiqləyib: “Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 …

Read More »

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək. Boyukmillet.com-un məlumatına görə, cari çempionatda da 8 komanda – “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Keşlə”, “Qəbələ” və “Səbail” mübarizə aparacaq. Sayca yubiley – 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək “Sabah” “Bank Respublika Arena”da “Səbail”lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək. …

Read More »

Azərbaycanı dünya çempionatında təmsil edəcək sərbəst güləşçilər məlum olub

Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının Rusiyanın Ufa şəhərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.Federasiyadan  verilən məlumata görə, bu gün böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında sözügedən ölkəyə yollanan yığmanın heyətində Nurəddin Novruzov (57 kq), Əbülfəz Nəsirov (61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf …

Read More »

Prezident Tokio Olimpiadasında yüksək nailiyyətlər qazanan idmançıları təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncamla XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər: 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Stadnik Mariya Vasilyevna 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Ağayev Rəfael …

Read More »

Cüdo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. Federasiyadan verilən məlumata görə, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev yığmanın baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub. Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə …

Read More »

HİK “Neftçi” ilə oyundan əvvəl baş məşqçisi ilə müqaviləni uzadıb

“Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Finlandiyanın HİK klubu baş məşqçisi Toni Koskela ilə müqavilənin müddətini uzadıb. Boyukmillet.com Helsinki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub. Qeyd edək ki, Toni Koskela 2019-cu ilin mayında baş məşqçi təyin olunub. Xatırladaq ki, avqustun 12-də keçiriləcək HİK – “Neftçi” oyunu Bakı vaxtı ilə …

Read More »