Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib. Boyukmillet.com xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb. 1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib. …
Read More »Azərbaycanın iki boksçusu Dünya Kubokunda finala yüksəlib
Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, Bilalhəbəşi Nəzərov (48 kq) və Zidan Hümbətov (51 kq) yarımfinal səddini uğurla keçib. B.Nəzərov (48 kq) kubalı Manuel Sober Ruisi 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək. Z.Hümbətov isə hindistanlı …
Read More »Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub
Martın 7-də Türkiyənin Antalya şəhərində start götürəcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub. Federasiyadan verilən məlumata görə, martın 10-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 2 komanda təmsil edəcək. Yunan-Roma güləşi üzrə millinin üzvləri məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasovun rəhbərliyi altında güləşəcəklər. Qarşıdakı iki gündə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihad Quluzadə, Elmir …
Read More »Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib. Boyukmillet.com-un məlumatına görə, idmançı yarışda qızıl medala layiq görülüb. Simonov halqalarda hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.
Read More »Avropa Liqasının bütün 1/8 finalçıları müəyyənləşib: “Qalatasaray” turnirlə vidalaşıb
UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün oyunları başa çatıb. Boyukmillet.com xəbər verir ki, baş tutmuş səkkiz cavab qarşılaşmasından ikisində, o cümlədən “Qarabağ” – “Braqa”, “Frayburq” – “Lans” matçlarında mərhələnin qalibini ancaq 30 dəqiqəlik əlavə edilmiş vaxtda müəyyənləşib. “Roma” – “Feyenoord” oyununda isə mübarizə penalti seriyasınadək davam edib. UEFA Avropa Liqası, pley-off mərhələsi Cavab oyunları 22 fevral 21:45 “Qarabağ” (Azərbaycan) – …
Read More »Azərbaycan boksçuları Rumıniyadakı beynəlxalq turnirdə 14 medal qazanıblar
Azərbaycan millisi Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında keçirilən “Drakula” beynəlxalq turnirini 14 medalla (6-3-5) başa vurub. Boyukmillet.com xəbər verir ki, bu mükafatlardan 11-ni yeniyetmə idmançılar qazanıblar. Baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədovun rəhbərliyi altında Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadə (+80 kq) bütün rəqiblərinə qalib gələrək, …
Read More »Azərbaycan güləş millisi Avropa çempionatında medal sıralamasında ikinci olub
Azərbaycan güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub. Boyukmillet.com xəbər verir ki, yunan-Roma, sərbəst və qadın güləşçilər ümumilikdə 16 medal qazanaraq buna nail olublar. Qitə birinciliyinə 25 pəhləvanla yollanan heyət 5 qızıl, 3 gümüş, 8 bürünc medala yiyələnib. Sərbəst güləşçilər 1 gümüş, 6 bürünc, yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc, qadınlar …
Read More »Azərbaycan parataekvondoçuları Prezident Kubokunda iştirak edəcəklər
Azərbaycanın parataekvondo millisi İranın paytaxtı Tehranda keçiriləcək Dünya Taekvondosunun Prezidentinin Kubokunda iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, turnir fevralın 20-də başlayacaq. Yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Şahmar Quliyev (+80 kq) mübarizə aparacaqlar. Onların hamısı K-44 kateqoriyasında çıxış edəcək.
Read More »Avropa çempionatının sonuncu günündə Azərbaycanın daha 4 güləşçisi medal qazana bilər
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı bu gün başa çatacaq. Boyukmillet.com xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi bürünc mükafat qazana bilər. Nurəddin Novruzov (61 kq) təsəlliverici görüşdə Nils Leutert (İsveçrə) ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvilinin (125 kq) medal qarşılaşmalarındakı rəqibləri daha sonra bəlli olacaq. Hazırda …
Read More »Avropa çempionatında 3 medal qazanan qadın güləşçilərimiz Vətənə qayıdıblar
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanan Azərbaycanın qadın güləşçiləri Vətənə qayıdıblar. Boyukmillet.com-un məlumatına görə, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar. Qeyd edək ki, Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan …
Read More »