Çərşənbə axşamı , 1 Aprel 2025

İdman

Azərbaycan idmançısı Türkiyədə peşəkar döyüşün qalibi olub

Türkiyənin Muş vilayətinin Bulanıq bölgəsində ilk dəfə olaraq muay tay üzrə peşəkar döyüş gecəsi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, “Muaythaı Figh Night” adlı idman tədbirində Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan olan idmançılar da iştirak ediblər. Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Namiq Musayevin rəhbərliyi ilə muxtar respublikadan 4 idmançı yarışa …

Read More »

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib. Boyukmillet.com-un məlumatına görə, yeniyetmələr arasında yarışın mükafatçıları fəxri kürsüyə çıxıblar. Onlara medalları Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq təqdim ediblər. Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən yarışa dekabrın 28-də …

Read More »

Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb

Gənc boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə Azərbaycanın 9 üzvü finala yüksəlib, 13-ü bürünc medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Boks Mərkəzində baş tutan ənənəvi yarışda yarımfinal mərhələsinə yekun vurulub. 26 döyüşdə Azərbaycan millisinin 22 boksçusu rinqə çıxıb. Onlardan 9-u adını finala yazdırıb, 13 nəfər isə yarımfinalda məğlub olub. Qazaxıstan yığmasının da 9 idmançısı finalda mübarizə …

Read More »

İlham Əliyev Xankəndidə idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan Kuboku: işğaldan azad edilmiş ərazilərdə 30 ildən sonra ilk oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. Boyukmillet.com-un məlumatına görə, son gündə iki oyun keçiriləcək. Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki “Qarabağ” – MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə “hərbçilər”in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cu ilin mayında “Qarabağ” Ağdamın …

Read More »

Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq. Boyukmillet.com-un məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq. Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutacaq görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək. Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci …

Read More »

Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq. Boyukmillet.com xəbər verir ki, AL-nin pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək. Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı, reqlamentə görə, səfərdə baş tutacaq. “Köhlən atlar”ın potensial …

Read More »

Azərbaycan taekvondoçusu Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Boyukmillet.com xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan milli üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında imza atıb. Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala …

Read More »

Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib. Bu barədə  Azərbaycan Cüdo Federasiyasından bildirilib. Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

Read More »

“Qarabağ”ın futbolçusunun vurduğu qol həftənin ən yaxşısı adına namizəddir

Avropa Liqasının qrup mərhələsində VI turun ən yaxşı qolu adına namizədlər bəlli olub. Boyukmillet.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın Bakıda İsveçin “Hakken” komandasına vurduğu qol da yer alıb. 29 yaşlı yarımmüdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunun müəllifi olub. Digər namizədlər İngiltərənin “Brayton” komandasından Joau Pedro, Fransanın “Renn” klubundan Lorents …

Read More »