Çərşənbə axşamı , 8 Aprel 2025

İKT

Azərbaycan və Türkiyənin rabitə administrasiyaları arasında görüş keçirilib

Türkiyənin paytaxtı Ankarada Azərbaycan və qonşu ölkənin rabitə administrasiyaları arasında rəqəmsal TV və radio yayımı stansiyaları, mobil rabitə şəbəkələri üzrə radiotezlik təyinatlarının razılaşdırılmasına dair ikitərəfli koordinasiya iclası keçirilib. Məlumata görə, iclasda ölkəmizi nazirliyin, qurum yanında Dövlət Radiotezliklər İdarəsinin, Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, eləcə də mobil rabitə operatorlarının nümayəndələri təmsil ediblər. Hər iki ölkənin sərhədyanı ərazilərində rəqəmsal radio …

Read More »

Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialı” yaradılıb. Boyukmillet.com xəbər verir ki, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir. Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respulika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən …

Read More »

Zəngilanda radio və televiziya yayımı təmin olunub

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) tərəfindən Zəngilan rayonunun …

Read More »

“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr edib

“Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazırlayıb. Boyukmillet.com  xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir. Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Read More »

Fərid Qayıbov İstanbulda “Teknofest”ə qatılıb

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində təşkil olunan Teknofest – Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, F.Qayıbov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, …

Read More »