Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 4 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları”nda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra vətəndaşlar sözügedən sistemlə həyata keçirdikləri ödənişlərin təsdiqinə dair çıxarışları 5 il ərzində əldə edə biləcəklər. İndiyə qədər bu müddətə …
Read More »Fövqəladə Hallar Nazirliyi İT resurslarını qismən “Hökumət buludu”na köçürüb
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir. Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə …
Read More »Tokayev: “Qazaxıstan İT xidmətlərinin ixracını 1 milyard dollara çatdırmağı planlaşdırır”
Qazaxıstan 2026-cı ilə qədər İT xidmətlərinin ixracını 1 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. “Keçən il yerli İT sənayesinin ixracı 5 dəfə artıb. Mən onun həcmini 2026-cı ilə qədər 1 milyard ABŞ dollarına çatdırmağı qarşıma vəzifə qoymuşam”, – o vurğulayıb. Onun fikrincə, Qazaxıstan qlobal rəqəmsal texnologiyaların mərkəzi kimi möhkəmlənməli və ən …
Read More »Azərbaycan ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə ABŞ-ın “Fortinet” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, bununla əlaqədar ETX-nin rəisi Samir Rəsulov ilə “Fortinet”in regional satış meneceri Şaiq Səmədov arasında görüş keçirilib. Görüşdə bildirilib ki, bu sənəd hər iki şirkət arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə yol açacaq. Belə ki, …
Read More »Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaradılacaq
İqtisadiyyat Nazirliyi Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaratmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”ndə bildirib. “Mərkəz şirkətlərimizə məhsuldarlığını və rəqabət qabiliyyətliliyini artırmaq üçün innovasiyaları və prosesləri rəqəmsallaşdırmaqda kömək edəcək. Eyni zamanda, novatorlarımız Mərkəzdə rəqəmsal yeniliklərini nümayiş etdirə biləcək. Biz həmçinin bütün rəqəmsallaşdırma və innovasiya prosesində şirkətlərimizə kömək edəcək inteqrasiya olunmuş …
Read More »“Starlink” internet şəbəkəsi üçün növbəti peyklər qrupu orbitə çıxarılıb
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 mini-peykdən ibarət növbəti qrupu orbitə çıxarıb. Boyukmillet.com xəbər verir ki, daşıyıcı raket ABŞ Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı – Qeyd) kosmodromundan start götürüb. “SpaceX” həmçinin bazar günü, noyabrın 19-da Kaliforniyanın Vandenberq Kosmik Bazasından orbitə daha 22 genişzolaqlı peyk göndərmək niyyətindədir. Qeyd edək ki, dünyanın ən …
Read More »Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandıracaq
Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq 10 yanvar 2024-cü ildən HÖP-ün internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.”HÖP-ün internet səhifəsi və mobil tətbiqi …
Read More »Bu il dövlət elektron poçtlarından 2 milyondan çox zərərli məktub aşkarlanıb
Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində ümumilikdə 21 milyon 738 min elektron poçt emal edilib. Boyukmillet.com xəbər verir ki, onlardan 19 milyon 467 mini istifadəçilərə çatdırılıb, 2 milyon 4 mini zərərli tərkibli olması ilə blok edilib. Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30 000 əməkdaşı istifadə …
Read More »Azərbaycanda iki yeni DATA mərkəzi istifadəyə veriləcək
Azərbaycanda iki yeni data mərkəzinin istifadəyə verilməsi istiqamətində layihələndirmə işləri aparılır. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib. “Bu, Azərbaycanın bulud xidmətləri sahəsində imkanlarını genişləndirəcək. Artıq 100-dən çox dövlət qurumu “Hökumət Buludu”na inteqeasiya edilib. Hazırda bulud xidmətləri Bakı və Yevlaxda yerləşən iki data mərkəinzdən …
Read More »Naxçıvanda Data Mərkəzi inşa ediləcək
Naxçıvan Muxtar Respublikasında (Naxçıvan şəhərində) müasir standartlara uyğun olaraq Tier-3 səviyyəli Data Mərkəzi inşa ediləcək. Boyukmillet.com xəbər verir ki, artıq binanın layihələndirilməsi istiqamətində işlərə başlanılıb. Layihə gələn il martın 1-nə qədər hazır olmalıdır.
Read More »