Cümə axşamı , 2 Aprel 2026

İNFRASTRUKTUR

AZAL-ın rəhbəri azərbaycanlı pilotları uçuşlardan kənarlaşdırır

AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bunu Gununsesi.info-ya uzun illər AZAL-da pilotu kimi çalışan bir qrup şəxs bildirib. Onların sözlərinə görə, uçuşlardan kənarlaşdırılmalarına səbəb AZAL-ın Türkiyədən və başqa ölkələrdən işə pilot götürməsidir. “Halbuki Azərbaycan pilotları haqqında ən yüksək fikirləri cənab Prezident söyləyib”,- deyən pilotlar əlavə ediblər ki, milli kadrları …

Read More »

Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib

Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq tenderi yenidən elan edib. “Report”un yerli bürosu bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Departamentinə istinadən xəbər verir. Qurumun açıqlamasına əsasən, nəzarət xidmətlərinin ümumi təxmini məbləği 19 milyon avro həcmindədir. Məlumata görə, Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq tranzit dəhlizlərinin əhəmiyyətli seqmentini təşkil edir və …

Read More »

ASCO tankerləri ilə daşınmış Qazaxıstan neftinin həcmi açıqlanıb

Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min 729,243 tonu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib. Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, bu həcmin 1 milyon 962 min 983,243 tonu “Tengiz”, 122 min 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür. Layihə çərçivəsində son daşımalardan biri …

Read More »

Avtomobil Yolları Dövlət Agentliyində araşdırma APARILIR

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar araşdırma aparır. Boyukmillet.com Oxu.Az-a istinadən xəbər verir ki, araşdırma rəqabət orqanının öz təşəbbüsü ilə başladılıb. Qeyd olunub ki, Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə …

Read More »

Naxçıvana uçuşlar və Azərbaycan–İran sərhədində yük daşımaları bərpa olunub

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti yenidən bərpa edilib. Bu gündən etibarən hava limanından uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçirilir. Hazırda hava limanında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində zərər görmüş hissələrdə təmir işləri davam edir. “Azərbaycan Hava Yolları”nın (AZAL) məlumatına görə, martın 9-dan Bakı–Naxçıvan istiqamətində birbaşa uçuşlar yenidən həyata keçirilir. Şirkət bildirir ki, martın 10-dan etibarən isə bu istiqamətdə reyslər adi …

Read More »

Azərbaycan ADB-nin yeni nəsil sərhəd buraxılış məntəqələrinin yaradılması layihəsi üzrə ölkələr sırasına daxil edilib

Asiya İnkişaf Bankı (ADB) sərhəd buraxılış məntəqələri üzrə potensial layihələrin icrasına prinsipial olaraq yeni yanaşma konsepsiyasının hazırlanması təşəbbüsü ilə çıxış edib. Boyukmillet.com ADB-yə istinadən xəbər verir ki, bank “CAREC ölkələri üçün yeni nəsil dövlət sərhəd buraxılış məntəqələrinin inkişafı” layihəsi çərçivəsində texniki yardımın göstərilməsi imkanlarını nəzərdən keçirir. Layihə iştirakçıları sırasına Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan …

Read More »

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edib. “Hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və …

Read More »

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib. “Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı …

Read More »

“IndiGo” İran ətrafındakı vəziyyətə görə Bakı daxil olmaqla bir sıra şəhərlərə uçuşları dayandırır

Hindistanın “IndiGo” aviaşirkəti İran ətrafında vəziyyətlə əlaqədar fevralın 28-dək Tbilisi, Almatı, Bakı və Daşkəndə bütün uçuşları ləğv edir. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkət bu qərarın müştərilər, heyət üçün təhlükəsiz və rahat təcrübə təmin etmək üçün tədbirlərin bir hissəsi olduğunu bildirib. Qeyd edilib ki, müştərilər alternativ səyahət variantlarını araşdıra və ya tam geri qaytarma əldə edə bilərlər. Uçuşların …

Read More »

Aİ və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq

Avropa İttifaqı və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işləri görəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Aİ ilə Azərbaycan arasında razılaşma əldə olunub. Aİ-nin Azərbaycandakı nümayəndələyinin, razılaşma ilə bağlı yaydığı məlumatda bunun Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiya olduğu bildirilib: “Bu dəmir yolu, …

Read More »