Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. “20 Yanvar” dairəsində; 4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 …
Read More »“Azərbaycan Dəmir Yolları” sərnişindaşımanı 60 % artırıb
Bu ilin I rübündə “Azərbaycan Dəmir Yolları” QSC 1,51 milyon nəfər sərnişin daşıyıb. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur. Rüblük sərnişin daşımalarının 1,46 milyon nəfəri Bakı-Sumqayıt, 0,05 milyon nəfəri isə Bakı-Ağstafa və Bakı-Qəbələ qatarlarının payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən 55 % və 20 dəfə çoxdur.
Read More »“Babək” tankerinin təmiri başa çatıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Babək” gəmisi təmir olunub. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib. Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib. Təmirçilər …
Read More »Bakının İsa bulağı küçəsinin bir hissəsi təmir edilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonundakı İsa bulağı küçəsinin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsini təmir edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşları yenilənib, 890 kvadratmetr piyada səkiləri bərpa …
Read More »Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir – SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov …
Read More »Naxçıvana yanacaq daşıyan sürücülərin xərcləri azaldılıb
Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb. Artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər. Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan …
Read More »Zaur Mikayılov Şuşa və Laçın şəhərlərində layihələrin icrası ilə tanış olub
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Laçın şəhərlərində layihələrin icrası ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində keçirilən təqdimatda Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər müzakirə olunub. Bildirilib ki, şəhər işğaldan azad edildikdən az sonra “Azərsu” ASC-nin mütəxəssislərindən …
Read More »Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
Aprelin 26-da, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq. Bu barədə AYNA-dan bildirilib. Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş …
Read More »Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıda su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı qərar qəbul edilib
Su ehtiyatlarının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib. Bununla bağlı “Azərbaycan …
Read More »Prezident İlham Əliyev Dövlət Agentliyinə beş milyon manat ayırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını 16 min nəfər əhalinin yaşadığı Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və …
Read More »