Bazar ertəsi , 18 Noyabr 2024

İNFRASTRUKTUR

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli qanununun tətbiqi barədə” 4 sentyabr 2012-ci il tarixli və “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 22 may 2015-ci il tarixli nömrəli fərmanlarında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Şuşa …

Read More »

İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib. Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir. İqtisadiyyat …

Read More »

Dəniz və Liman Agentliyi və ASCO hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Dövlət Dəniz və Liman Agentliyi (ADLA) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib. ASCO-dan gəmilərə küləkli hava şəraiti ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirlərin görülməsi tapşırılıb. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlarına getməsi təmin olunmalıdır. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara …

Read More »

Azərbaycanda sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib

İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarında su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini …

Read More »

Saleh Məmmədov Salyan və Neftçala sakinlərini qəbul edəcək

Martın 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbul saat 11:00-da Salyan rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Salyan rayonu “44 №-li Yol İstismarı” və Neftçala rayonu “50 №-li Yol İstismarı” MMC-lərində öncədən …

Read More »

Azərbaycanda sərnişindaşıma 21 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yük və sərnişin daşımaları 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,6 % və 20,7 % çox olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 2 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 33,8 milyon ton yük daşıyıb. Yüklərin 53,3 %-i avtomobil nəqliyyatı, 34,7 %-i isə boru kəməri, 8,6 %-i dəmir yolu, 3,3 %-i dəniz, 0,1 %-i hava ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin …

Read More »

Azərbaycanla Türkiyə arasında tikintidə normativ sisteminin təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq memorandumu təsdiqlənib

Azərbaycanla Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma …

Read More »

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” layihəsinin tamamlanmasına dair saziş imzalamağı planlaşdırır

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu hissənin tikintisinə dair hökumətlərarası saziş hazırlayır. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov jurnalistlərə bildirib. “Nəqliyyat nazirlikləri iki hökumətlərarası saziş hazırlayır: bunlar İran-Rusiya və üçtərəfli Azərbaycan-Rusiya-İran sazişidir”, – Pavlov MDB İqtisadi Şurasının kuluarlarında deyib. …

Read More »

Qarabağa avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılır

Martın 24-də, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılacaq. Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet …

Read More »

“Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq, o cümlədən sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb. Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol …

Read More »