Cari ilin 8 ayı ərzində Qazaxıstanın dəniz limanları vasitəsilə Azərbaycan istiqamətində 1,9 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrktur Nazirliyində “Aşık, sağat alanı” dialoq platformasında “Zoom” platforması vasitəsilə dəniz limanları və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların cari vəziyyəti ilə bağlı görüşdə qeyd edilib. Transxəzər Beynəlxalq Nəqliyyat …
Read More »Bakı metrosu maşinist vəzifəsinə işə qəbul elan edib
“Bakı Metropoliteni” QSC maşinistlərinin seçimini elan edib. Namizədlər 24-30 yaşlı kişi və qadınlar ola bilər. Onlar həmçinin ali və yaxud orta texniki təhsillə, ilk peşə ixtisasına, kişi namizədlər hərbi biletə (yararlı kateqoriya ilə). malik olmalıdır. Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-7 …
Read More »“General Polad Həşimov gəmisi” Ukraynadan günəbaxan yağı daşıyacaq
“General Polad Həşimov gəmisi” Ukraynadan günəbaxan yağı daşıyacaq Boyukmillet.com-un xarici mətbuata istinadən xəbərinə görə, bu barədə İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin məlumatında deyilir. Məlumata görə, Mərkəz Ukrayna limanlarından ərzaq daşıyan iki gəminin yola salınmasına icazə verib. “Birgə Koordinasiya Mərkəzi bu gün (dünən-red) 14 250 ton taxıl və digər ərzaq yükü olan iki gəminin yola salınmasına icazə verib. Sentyabrın 4-də “Mrc Lina” gəmisi …
Read More »Avropa, Asiya və Cənubi Amerikanın logistika şirkəti Azərbaycanla bağlı layihə hazırlayıb
Almaniyanın Avropa, Asiya və Cənubi Amerikada fəaliyyət göstərən məşhur logistika şirkəti “Rhenus Logistics” Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ilə bağlı ümumi layihə hazırlayıb. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rhenus Logistics”in baş direktoru Tobias Bars deyib. “Türkiyə iqtisadiyyatının gələcəyini görürük, çünki o, maraqlı istehsal və ticarət bazarıdır, həm də digər təchizat zəncirlərinin mərkəzindədir. Qazaxıstan, Azərbaycan, Gürcüstanı Türkiyə …
Read More »Belarus Rusiya və Azərbaycanla marşrut üzrə yeni sürətli qatar layihəsinə start verib
Belarus-Rusiya-Azərbaycan marşrutu üzrə yeni sürətli qatar layihəsinə start verilib. Boyukmillet.com-un xəbərinə görə, bunu “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəhbərinin birinci müavini Petr Dulub deyib. O, qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Hindistan istiqamətində marşrutlar mövcuddur. Petr Dulub “Belarus Dəmir Yolları”nın xarici ticarət mallarının çatdırılması üçün alternativ nəqliyyat və logistika zəncirləri üzrə işin prioritetini vurğulayıb. O, qeyd …
Read More »Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatı bərpa edilir
Avqustun 26-da Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup həmin tarixdən Laçın şəhərində işlərə başlayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə hərbi və mülki təyinatlı obyektlərin dayanıqlı içməli su təminatı …
Read More »Bakının Sabunçu və Ramana qəsəbələrində sudan qanunsuz istifadə halları aşkarlanıb
Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Bakının Sabunçu və Ramana qəsəbələrində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Boyukmillet.com bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir. Məlumata görə, Sabunçu qəsəbəsindəki “Aylin” uşaq bağçasının su təchizatı sisteminə baxış keçirilərkən …
Read More »Bakıdan Antalyaya uçan təyyarə geri qayıdıb
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.
Read More »Laçın dəhlizinə alternativ yolla hərəkət yaxın bir həftədə mümkün olacaq
Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib. “Məlumdur ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan …
Read More »Qarabağdakı yollara xidmət üçün alınmış maşın və mexanizmlər təqdim edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturuna xidmət göstərilməsi üçün alınmış maşın və mexanizmlərin təqdimatını keçirib. Boyukmillet.com xəbər verir ki, təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində – istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, inşa edilən avtomobil yollarının müasir səviyyədə və keyfiyyətlə yenidən qurulması üçün Agentliyin maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla …
Read More »