Çərşənbə axşamı , 15 Sentyabr 2026

İNFRASTRUKTUR

Yaxın 3 ildə Füzulidə 6 minə yaxın ev tikiləcək

2026-cı ilə qədər Füzuli rayonunda 5 678 evin – 2 326 mənzilin və 3 352 fərdi yaşayış evinin tikintisi planlaşdırılır. Boyukmillet.com  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib. Onun sözlərinə görə, mənzillərin …

Read More »

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 40 %-dən çoxu hazırdır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi işlərinin 40 %-dən çoxunu icra edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Agentliyin, qurumun sədri Saleh Məmmədovun Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına səfərinin yekunlarına dair qurumun yaydığı məlumatda bildirilir. Məlumata görə, səfər çərçivəsində S.Məmmədov ümumi uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa olunan dünyanın ən uzun …

Read More »

Azərbaycan Prezidenti: “Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”

“Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda Beynəlxalq Maliyyə Mərkəzində bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə deyib. Orta Dəhlizlə bağlı müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı bildirib ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün …

Read More »

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəkidə vətəndaşları qəbul edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbulda 30-dan artıq şəxs iştirak edib. Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması, sosial və s. …

Read More »

Amerika Gəmiçilik Bürosunun Bakıdakı ofisinin rəhbərinin fəaliyyət müddəti başa çatıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev ölkəmizdə 5 illik fəaliyyətinin başa çatması ilə əlaqədar Amerika Gəmiçilik Bürosunun (ABS) Bakı ofisinin rəhbəri Ryan Salamati ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə tərəflərin əməkdaşlığı yüksək qiymətləndirilib. R.Vəliyev bildirib ki, istər donanmaların, istərsə də sahil müəssisə və təşkilatların işinin beynəlxalq standartlar səviyyəsində qurulması, mütəxəssislərin peşə hazırlığının artırılması ASCO-nun önəm verdiyi …

Read More »

AZAL “A320neo” ailəsinə aid 12 təyyarə sifariş edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “A320neo” və “A321neo” laynerləri daxil olmaqla “A320neo” ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib. Boyukmillet.com xəbər verir ki, bu gün Bakıda alqı-satqı müqaviləsinin imzalanması mərasimi keçirilib. Yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil təyyarələrin istismarına …

Read More »

Özbəkistan və Gürcüstan Bakı-Tbilisi-Qars dəhlizindən istifadəni genişləndirməyi planlaşdırır

Daşkənddə keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Özbəkistan-Gürcüstan hökumətlərarası komissiyasının 9-cu iclası çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan istifadənin genişləndirilməsi məsələsi müzakirə olunub. Bu barədə “Boyukmillet.com” Özbəkistan KİV-ə istinadən xəbər verir. Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ilə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili nəqliyyat və logistika sahəsində tərəfdaşlığı, həmçinin Gürcüstanın Qara dənizdəki limanlarının inkişafı məsələlərini müzakirə ediblər. …

Read More »

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli qanununun tətbiqi barədə” 4 sentyabr 2012-ci il tarixli və “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 22 may 2015-ci il tarixli nömrəli fərmanlarında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Şuşa …

Read More »

İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib. Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir. İqtisadiyyat …

Read More »

Dəniz və Liman Agentliyi və ASCO hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Dövlət Dəniz və Liman Agentliyi (ADLA) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib. ASCO-dan gəmilərə küləkli hava şəraiti ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirlərin görülməsi tapşırılıb. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlarına getməsi təmin olunmalıdır. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara …

Read More »