Bazar ertəsi , 18 Noyabr 2024

İNFRASTRUKTUR

Bakı Limanı ilə Gürcüstan limanları arasında blok qatarı işləyə bilər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Gürcüstanın Poti və Batumi limanları ilə blok qatarının işləməsi təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib. Onun sözlərinə görə, belə bir marşrutun təşkil olunması, vahid tariflərin müəyyən edilməsi Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüşdə müzakirə …

Read More »

“British Airways” minlərlə uçuşu ləğv edəcək

Böyük Britaniyanın “British Airways” aviaşirkəti cari ilin oktyabr ayının sonuna qədər əlavə uçuşları, qışda isə minlərlə reysi ləğv edəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir. “Müştərilərimizin böyük əksəriyyəti planlaşdırıldığı kimi səyahət edəcək və biz payız fasiləsi üçün əsas istiqamətləri saxlayacağımıza baxmayaraq, oktyabrın sonuna qədər növbəti uçuşların ləğvinə getməli olacağıq. Bundan əlavə, biz qış dövründə xidmətlərimizdən istifadə …

Read More »

Bakı metrosunda Müslüm Maqomayevin mahnıları səsləndirilir

Bu gün dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi şərəfinə “Bakı Metropoliteni” QSC-də onun mahnıları səsləndirilir. Bu barədə  qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan xalqının böyük rəhmət və sevgi ilə andığı əbədiyaşar sənətkarın musiqi irsinə daim Bakı metrosunda xüsusi yer verilir. Böyük ustadın əziz xatirəsi ehtiramla yad edilir, səsləndirdiyi musiqi parçaları müxtəlif …

Read More »

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, şirkətə rəhbərlik Mübariz Paşayevə həvalə olunub. Xatırladaq ki, “4 №-li Magistral Yolların İstismarı” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 milyon manatdır.

Read More »

Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Boyukmillet.com xəbər verir ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir. Yolun ilk 77.5 km-lik hissəsinin 6, qalan 46.1 km-lik hissəsinin isə …

Read More »

Bakıda minik avtomobili avtobusla toqquşub

Bu gün saat 14:00 radələrində Bakının Hövsan şosesində (Qum Adası istiqamətində) 132 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-079 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcı şirkət “Kral-Transport MMC-dən verilən ilkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur. “Son vaxtlar bu …

Read More »

Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə işlər son yekunlaşdırma mərhələsindədir. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq torpaq işləri bitən ərazilərdə yol geyimi …

Read More »

Bakı metrosunun Rusiyadan aldığı qatarların ölkəyə gətirilməsi təxirə düşüb

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı yeni qatarların ölkəyə gətirilməsi bu ilin sonuna qədər təxirə salınıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı metrosundan bildirilib. Qurum bəyan edib ki, Rusiya tərəfi ilə aparılmış sonuncu danışıqlara əsasən, yeni alınacaq qatarların istehsalının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub: “2019-cu ildə bağlanmış müqaviləyə əsasən, 2022-ci ildə …

Read More »

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

Bu ay Bakı Şəhər İcra Hakimyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilmiş “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin adı və rəhbəri dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, şirkət bundan sonra “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” adı altında fəaliyyət göstərəcək. Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub. …

Read More »

BNA: “Hazırda 38 avtobusun hərəkət intervalında gecikmələr var”

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat vasitələrinin sıxlığı səbəbindən 26 müntəzəm marşrut xətti üzrə 38 avtobusun hərəkət intervalında gecikmələr var. 1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə – köməkçi yolda 20 …

Read More »