Cümə , 30 Yanvar 2026

İNFRASTRUKTUR

Şuşa Zəfər Muzeyini İtaliya şirkəti layihələndirəcək

Şuşada Zəfər Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanmasına) və məzmununun hazırlanmasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC birbaşa satınalma həyata keçirib.  Layihələndirmə işlərini İtaliyanın “ArtCloud Network International s.c.r.l” şirkəti həyata keçirəcək. İşlər 1 milyon manata başa gələcək.

Read More »

Araz çayı sahilində yeni su müşahidə məntəqələri qurulacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Araz çayının sahilində əsində su ehtiyatlarının monitorinqi üçün yeni müşahidə məntəqələrinin yaradılması planlaşdırılır. Buna  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev deyib. R. Verdiyev bildirib ki, Araz sahəsi İranla sərhəd olduğundan bir neçə stansiya birgə bərpa edilib və müvafiq komissiyanın qərarına …

Read More »

ASCO: “Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb. Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, “Kəlbəcər” tankerinin istismara verildiyi 4 il ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib. Bu səfərlər çərçivəsində tankerlə 384,443 ton neft və neft məhsulu daşınıb. Hazırda xarici sularda üzən “Kəlbəcər” gəmisinin yükgötürmə qabiliyyəti 7 800 ton, uzunluğu 141, eni 16,9 metrdir. Xatırladaq ki, “Kəlbəcər” tankerinin istismara verilməsindən 4 il ötür. ASCO-nun …

Read More »

Azərbaycan Metrologiya İnstitutunda 7 yeni etalon laboratoriyası istifadəyə verilib

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkənin metroloji infrastrukturunun inkişafı çərçivəsində 7 yeni etalon laboratoriyası açılıb. Boyukmillet.com xəbər verir ki, yeni yaradılan laboratoriyalar fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənməsi və ilkin nəmlik ölçmələri istiqamətlərini əhatə edir. Laboratoriyaların yaradılmasında məqsəd ölkədə ölçmələrin beynəlxalq standartlara uyğun təşkili, müasir metodların tətbiqi, metroloji …

Read More »

Azərbaycan Rusiya tərəfindən vurulan təyyarə qəzasının araşdırılmasına dəstəyə görə ICAO-ya təşəkkür edib

Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəltdiyi və Qazaxıstanın həyata keçirdiyi araşdırmaya qurumun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Boyukmillet.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində ICAO-nun Baş …

Read More »

Bakının 28 May küçəsindəki tarixi abidənin icazəsiz konstruksiyaları sökülür

Bakının 28 May küçəsində yerləşən memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sökülür. Boyukmillet.com bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu bina Nazirlər Kabinetinin qərarına əsasən dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir: “Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin …

Read More »

İstanbul–Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib

İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus “Airbus A321” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Bu barədə  hava limanından bildirilib. Məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.  Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri …

Read More »

Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq

Nazirlər Kabineti “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.  Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu …

Read More »

Xankəndidə inşa ediləcək Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin binası ilə bağlı detallar açıqlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xankəndidə tikiləcək yeni, 3 mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində işçi heyətin səmərəli fəaliyyət göstərməsi üçün müasir …

Read More »

Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizinin rəqəmsallaşdırılması qismən başa çatıb

Rusiyanın “Natsproektstroy” şirkəti Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılmasını başa çatdırıb. Boyukmillet.com bu barədə Rusiya şirkətinə istinadən xəbər verir. Məlumata əsasən, Azərbaycanda 1 520 Siqnal (“Natsproektstroy”a daxildir) mütəxəssisləri Ucar-Hacıqabul dəmir yolu sahəsini müasir avtomatlaşdırma ilə təchiz ediblər: “Bununla da Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan …

Read More »