Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vida mərasiminin keçiriləcəyi yer açıqlanıb. Bu barədə Kinematoqrafçılar İttifaqından məlumat verilib. “Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq”, – İttifaqdan bildirilib. Qeyd edək ki, mərhumun nəşi martın 15-də Bakıya gətiriləcək.
Read More »Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək. Dəfn tarixi barədə əlavə məlumat veriləcək. Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii …
Read More »Rüstəm İbrahimbəyov vəfat edib
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib. Bu barədə Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib. O bildirib ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib: “Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq”. Azərbaycan Kinematoqrafçılar İttifaqı da R.İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb. “Kinorejissor uzun sürən xəstəlikdən sonra …
Read More »Builki “Xarıbülbül” festivalının vaxtı açıqlanıb
“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib. O qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: “İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin …
Read More »“Şuşa ili” ilə bağlı tədbirlər planının detalları açıqlanıb
“Şuşa ili” ilə bağlı tədbirlər planının detalları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib. O qeyd edib ki, il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, …
Read More »Nazir: “Şuşada konservatoriya bərpa oluna bilər”
“Şuşada konservatoriyanın bərpası ilə bağlı təkliflər var”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib. Onun fikrincə, Şuşanın ənənələri özünə qayıtmalıdır: “Müəssisələrimiz bərpa edilməlidir. Şuşanın Baş Planı hazırlanır və mədəniyyət mərkəzlərinin bərpası Baş Planda yer alıb”.
Read More »Heydər Əliyev Fondunun dəstəyi ilə “Moskvada Azərbaycan günləri” başlayır
Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək. Boyukmillet.com xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılacaq. Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri …
Read More »Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək müğənninin adı açıqlanıb
Azərbaycanı “Avroviziya-2022” mahnı müsabiqəsində təmsil edəcək müğənninin adı açıqlanıb. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində “Səs Azərbaycan” müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək. Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib: “Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar …
Read More »Moskvada Azərbaycan filmləri nümayiş olunur
Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrında tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivi təqdim edilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan kinosunun ilk retrospektivi 2021-ci ildə Rotterdam Film Festivalında premyerası baş tutmuş Fariz Əhmədovun “Sonuncu” filminin nümayişi ilə açılıb. “Sonuncu” – insan həyatından bəhs edən hekayə Xəzər dənizindəki Kürdili adasının yeganə sakininin həyatının son günlərini sənədli kadrlarla bədii formanın qovşağında əks etdirir. 19 …
Read More »Budapeştdə Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılacaq
Budapeştdə Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılacaq. Boyukmillet.com “Report” a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev fevralın 3-də Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar