Bazar ertəsi , 6 May 2024

Mədəniyyət

Dövlət Turizm Agentliyi tur bələdçilərini qeydiyyatdan keçməyə dəvət edir

Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlara turlar təşkil edəcək bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının vahid sistemindən qeydiyyatdan keçməyə dəvət edir. Agentlikdən boyukmillet.com-a bildirilib ki, iyulun 31-dək qüvvədə olacaq qeydiyyat prosesinin tətbiqində məqsəd xarici turistlər üçün qurumun tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” …

Read More »

İrəvan teatrı qastrol səfərinə hazırlaşır

İyulun 3-də Gəncə şəhərində şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” pyesi əsasında hazırlanan yeni tamaşanın premyerası olacaq. Bu barədə boyukmillet.com-a Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi Teymur Bayramov məlumat verib. Bildirib ki, teatrın kollektivi tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, …

Read More »

Milli Kitabxanada “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” adlı kitab sərgisi açılıb

İyunun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür” adlı kitab sərgisi açılıb. Kitabxanadan boyukmillet.com-a bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək. Qeyd edək ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə …

Read More »

Bəstəkarlar İttifaqında Nəsimiyə həsr olunmuş konsert və sərgi təşkil olunacaq

İyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında Şəki şəhərində təşkil ediləcək “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalına həsr olunan mətbuat konfransı keçiriləcək. Bu barədə boyukmillet.com-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin gün, həmçinin Bəstəkarlar İttifaqında “Nəsimiyə ithaf” layihəsi üzrə Nəsiminin qəzəllərinə yazılmış musiqi əsərlərindən ibarət konsert və rəsm əsərlərinin sərgisi də təşkil ediləcək.

Read More »