“Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları” təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, Qaydalar Xarici İşlər Nazirliyinin Kollegiyasının 1 avqust tarixli Q/04-22 nömrəli Qərarı ilə təsdiq olunub Sənəddə qeyd edilib ki, xarici media nümayəndələrinin akkreditasiyası “Media haqqında” Qanun, müvafiq dövlətlərarası müqavilələr və bu Qaydalar ilə tənzimlənir. “Media haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən xarici media nümayəndələrinin Azərbaycan Respublikasında akkreditasiyası Xarici İşlər Nazirliyi (bundan sonra …
Read More »“Hüquqi məsuliyyəti dərk etsək, “reket jurnalistika”nın kökünü kəsə bilərik” – RƏY
“Azərbaycan milli mətbuatı və informasiya məkanı Azərbaycan dövlətinin və cəmiyyətinin informasiya təhlükəsizliyini təmin edən əsas ictimai-siyasi institutdur. 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan mətbuatı bütün imkanlarını səfərbər edərək cəmiyyətdəki ictimai münasibətlərin sağlamlaşmasına xidmət etdi”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu deyib. O xatırladıb ki, Azərbaycanda media sahəsində çox ciddi işlər …
Read More »İSBAM İH üzvü DTV kanalında qonaq oldu
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar mərkəzinin sədir müşaviri Yasəmən Möhübbətqızı DTV kanalında Milli Mətbuat günü ilə bağlı çıxış edib. Boyukmillet.com həmin görüntüləri sizlərə təqdim edir:
Read More »AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Avrasiya Yazarlar Birliyinin “Şərəf” medalına layiq görülüb
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin (AYB ) “Şərəf” medalına layiq görülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə AZƏRTAC-a AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu məlumat verib. Sabir Şahtaxtının Avrasiya Yazarlar Birliyi ilə bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Yaqub Öməroğlu deyib ki, yazıçının son beş ildə Türkiyədə nəşr olunan …
Read More »Bərdədə media nümayəndələri ilə görüş keçirilib
Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, bir qrup mətbuat nümayəndələri iştirak edib. Öncə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin guşələri önünə gül dəstələri qoyub və eyni zamanda hərbi jurnalist Şöhrət Eyvazoğlunun Vətən müharibəsində düşməndən qənimət …
Read More »İraqlı ekspert: “Erməni lobbisinin qurduğu təbliğat iflasa uğradı”
“Erməni lobbisinin təsiri ilə ərəbdilli mətbuatda Azərbaycan haqqında dezinformasiyalar yayılıb”. Boyukmillet.com xəbər verir ki, bunu İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhy Abdulhamid Obada Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxış edərkən söyləyib. “Çox sevinirəm ki, bu çıxışımı müqəddəs Şuşa torpağında edirəm”, – o vurğulayıb. Ekspertin fikrincə, ermənilərin öz lobbilərindən istifadə edərək illərdir qurduğu təbliğat 44 günlük müharibədən sonra iflasa …
Read More »Beynəlxalq Media Forumunda birinci panel keçirilib
İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci panel keçirilib. Boyukmillet.com xəbər verir ki, müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news” ilə mübarizə olub. Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, …
Read More »AĞIR DURUMDA OLAN JURNALİSTLƏRƏ KÖMƏK EDƏK!
Dostlar, ikinci dəfədir müxtəlif KİV-lərdə çalışmış Sənan Abdullayevin (Həsənoğlu) və İlqar Atabəyin ailə üzvləri şəxsən mənə müraciət edərək onların həbsdən azad olunmasına kömək etməyimi xahiş edirlər. Təbii ki, Azərbaycan Prezidentindən əfv olunmalarını xahiş edən jurnalistlərin vəziyyəti hüquqi baxımdan bəllidir. Onların vəkillərinin verdiyi məlumata görə hər ikisindən şikayətçilər barışığa gedərək şikayətlərini geri götürüblər. İnsanlıq və humanizim naminə onu deyə bilərəm ki, …
Read More »“Əl-Cəzirə” Media İnstitutunun əməkdaşı: “Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”
“Qürur hissi yaradacaq yerdə – Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq”. Boyukmillet.com xəbər verir ki, bunu “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı söyləyib. “Medianı elə etməliyik ki, media hamının güvəndiyi struktur olsun. Bu baxımdan, hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarixi yazanlardır. Bu, 100 % doğrudur”, – o qeyd edib. …
Read More »İlham Əliyev: “Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur”
“Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə ünvanladığı məktubda yer alıb. “XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü …
Read More »