“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib. “Bununla bağlı ədalət təmin olunmalıdır”, – paylaşımda qeyd edilib. Paylaşımda şəhid jurnalistlərin adları açıqlanıb və haqlarında məlumat verilib: “Salatın Əsgərova – 9 yanvar 1991-ci ildə Şuşa yaxınlığında avtomobildə olarkən atəşə tutulub və şəhid olub. Alı Mustafayev, Fəxrəddin …
Read More »Şuşada TDT-nin audiovizual media üzrə tənzimləyici qurumlarının Niyyət Bəyannaməsi imzalanıb
Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanları arasında Niyyət Bəyannaməsi imzalanıb. Boyukmillet.com-un xəbərinə görə, sənədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri imza atıblar. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi qismində iştirak edən dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumu Türkiyədə keçiriləcək.
Read More »Əhməd İsmayılov: “Azərbaycan mediası yeni islahatlar mərhələsinə qədəm qoyub”
“Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək məqsədilə bir müddətdir ki, yeni islahatlar mərhələsinə qədəm qoyub”. Boyukmillet.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında deyib. Onun sözlərinə görə, hazırda müasir dünyanın yeni trendinə çevrilmiş …
Read More »Baş Prokurorluqda jurnalistlərə sertifikatlar təqdim edilib
Azərbaycanın Baş Prokurorluğunda oktyabr ayının 25-26-da “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda keçirilən treninq başa çatıb, jurnalistlərə sertifikatlar təqdim edilib. Boyukmillet.com xəbər verir ki, qurumun Mətbuat Xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan …
Read More »Azərbaycanda gələn il televiziya, radio və nəşriyyat sahəsinə ayrılacaq vəsait açıqlanıb
Gələn ildə televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait açıqlanıb. Boyukmillet.com -un xəbərinə görə, bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir. Qeyd olunub ki, gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır. Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə …
Read More »Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin xatirələri bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirakçıları Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O, Mətbuat Şurasının indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən söz açaraq bildirib …
Read More »Sosial mediada təhqir və böhtan hüquqi məsuliyyət yaradır
Türkiyədə internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələbləri sərtləşdirilib. Qanuna əsasən, təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanları həbs cəzası gözləyir. Bununla yanaşı, internet saytlarına bir sıra yeni qaydalar tətbiq olunub.Dezinformasiya xarakterli məlumatların cəmiyyətdə panikaya, çaşqınlığa səbəb olduğu özünü daim göstərir. Yaş kateqoriyasından asılı olmayaraq hər kəsin sosial mediaya çıxışının olması isə problemlərin əhatə …
Read More »Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubiley tədbiri keçirilib – FOTOLAR
Oktyabrın 14-də “Hilton” otelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi ilə bağlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdən öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev jurnalistlərə açıqlamasında bunları söyləyib: “Bu gün tədbirə tanınmış insanlar, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar, dövlət xadimləri qatılıblar. Otuz il az bir dövr deyil. Təxminən Azərbaycanın müstəqilliyi ilə üst-üstə düşən bir …
Read More »“Tik-Tok” məhdudiyyəti və inkişaf edən Çin – Ermənistan amili…
Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən dövlətimiz sosial şəbəkələrlə bağlı bəzi zəruri addımlar atdı. Daha konkret ifadə etsək, müvafiq dövlət qurumunun təqdimatı əsasında Çinin nəzarətində olan “Tik-Tok” sosial şəbəkəsinə girişi ölkəmizdə məhdudlaşdırdı.Bunu çox doğru addım sayıram. Hətta düşünürəm ki, həssas məqamlarda anoloji addımlar digər sosial şəbəkələrlə bağlı da atılmalıdır. Çünki biz yayılması qadağan olunan məlumatların digər sosial şəbəkələrdə paylaşdığının …
Read More »“ATV” və “MTV” kanallarına xəbərdarlıq edilib
Azərbaycan Respublikası Audiovizual Şurası “ATV” və “MTV” kanallarına xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib. Belə ki, bu gün Şuranın onlayn formatda iclası keçirilib. İclasda “ATV” və “MTV” kanallarının efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub. İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının “ATV” redaksiyasının (kanalının) efirində 04.10.2022-ci il tarixdə “Media haqqında” …
Read More »