Çərşənbə , 8 May 2024

Milli Məclis

Küçələrdə dilənçilik edən 450 uşaq aşkarlanıb, 75 valideyn cəzalandırılıb

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb. Sənəddə bildirilib ki, qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən …

Read More »

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub – EKSKLÜZİV

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisə daxil olub. Boyukmillet.com-un xəbərinə görə, sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq. Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.

Read More »

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub. Boyukmillet.com xəbər verir ki, parlamentin növbəti toplantısı mayın 5-də keçiriləcək. İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin II oxunuşda müzakirəyə çıxarılması, habelə digər layihələrin müzakirəsi gözlənilir.

Read More »

Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib

Azərbaycanda hərbi qulluqçuların ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilməsini nəzərdə tutan layihə III oxunuşda qəbul olunub. Boyukmillet.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və …

Read More »

Milli Məclisin şöbə müdiri: “Xeyriyyəçilik fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində iş gedir”

“Xeyriyyəçilik fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində iş gedir”. Onun sözlərinə görə, sosial sahibkarlıq bizneslə xeyriyyəçiliyin kəsişməsində olmaqla cəmiyyətin mühüm sosial və mədəni problemlərini həll edir, həmçinin sosial cəhətdən həssas vətəndaş kateqoriyalarının uyğunlaşmasına şərait yaradır: “Yeri gəlmişkən, “Xeyriyyəçilik fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində də iş gedir və gələcəkdə qəbulu planlaşdırılır”.

Read More »

Milli Məclisdə TÜRKPA-nın iclası keçirilir

Bu gün Azərbaycan Milli Məclisinin inzibati binasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısı keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan parlamentində təşkil olunub. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasının nümayəndə heyətləri iştirak edirlər.

Read More »

Hesablama Palatası yoxlama apardığı qurumların sayını açıqlayıb

Hesablama Palatası 2021-ci ildə 46 kənar dövlət maliyyə nəzarəti (42 audit, 2 anailitk fəaliyyət, 2 moitorinq) həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu, Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında yer alıb. Hesabat ilində Hesablama Palatasının həyata keçirdiyi 42 auditlə tabelikdə olan qurum və müəssisələr, həyata keçirilən layihələr də daxil olmaqla, ümumilikdə 500-dən çox obyekt əhatə edilib. Hesabatda 2021-ci ilin …

Read More »

Azərbaycan-Ermənistan parlamentlərarası komissiyasının yaradılması təklif edilib

Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib. “Ermənistan cəmiyyətinə təşəbbüsləri biz verməliyik. Biz Ermənistan cəmiyyəti ilə çalışmalıyıq. Ermənistan rəhbərliyi tərəfindən atılan etiraf addımları bizi buna vadar edir”, – o vurğulayıb. Onun sözlərinə görə, artıq Ermənistan tərəfindən Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyi …

Read More »

Cavanşir Feyziyev parlamentdə qrup rəhbəri vəzifəsindən azad olunub

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə …

Read More »