Bazar ertəsi , 13 May 2024

Milli Məclis

Milli Məclis “Media haqqında” qanun layihəsini II oxunuşda müzakirə edir

Milli Məclisin plenar iclasında “Media haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunur. Boyukmillet.com xəbər verir ki, müzakirələrdə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və agentliyin rəsmiləri iştirak edirlər. Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil 78 maddədən …

Read More »

Deputatlar daha bir qanunu ləğv ediblər

Azərbaycanda daha bir qanun ləğv edilib. Boyukmillet.com xəbər verir ki, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun ləğv edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Read More »

Parlament sahibkarlıq fəaliyyətinə verilən icazələrin artırılması barədə layihəni qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə sənaye məhəllələrinin və aqroparkların rezidentlərinə verilən qeydiyyat şəhadətnamələri sahibkarlıq fəaliyyətinə icazələrin siyahısına daxil edilir. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Read More »

Azərbaycanda əmək qanunvericiliyi barədə qərarları icra etməyənlər cərimələnəcək

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə əmək qanunvericiliyinə əməl olunması barədə qərarların icra edilməməsinə görə cərimələr müəyyənləşib. Belə ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və …

Read More »

Milli Məclisin sədri Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Rumıniyanın ölkəmizdəki səfiri Vasili Soare ilə görüşüb. Qonağı salamlayan spiker, ona ölkəmizdə diplomatik fəaliyyətndə uğurlar arzulayıb. Milli Məclisin sədri qeyd edib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqının üzv ölkələri arasında isə ilk ölkədir. Sədr vurğulayıb ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər inikişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bildrilib ki, …

Read More »

Əflatun Amaşov: “Bəzən ən müxtəlif peşə sahiblərinin cibindən jurnalist vəsiqəsi çıxır”

“Mətbuat Şurasında hər zaman mətbuatın saflaşdırılması ilə bağlı mübarizə aparmışıq. Ancaq yenə də kiminsə qəzetini qoltuğuna vurub hansısa bir dövlət qurumuna getdiyini görürük. Burada məqsəd başqa şeydir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Onun …

Read More »

Milli Məclisin komitələri “Media haqqında” qanun layihəsini müzakirə edəcək

Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə həsr edilən dinləmə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, layihə dekabrın 17-də parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, “Media haqqında” yeni qanun layihəsi Milli Məclisin dekabrın 14-də keçirilən iclasında birinci oxunuşda qəbul olunub.

Read More »

Elman Nəsirov: “Sosial şəbəkə ilə bağlı qanun qəbul edilməlidir”

“Yeni qanunda blogerlərlə bağlı müddəa yoxdur və bu da çox yaxşı haldır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu gün sosial şəbəkədə anarxiya hökm sürür: “Hesab edirəm ki, bu sahə də qanunla tənzimlənməlidir. Bunun üçün sosial şəbəkə ilə bağlı ayrıca qanun …

Read More »