Bazar ertəsi , 13 May 2024

Milli Məclis

Milli Məclis jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazlarını təsdiqləyib

Azərbaycanda jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları var: 1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq; 2. …

Read More »

Deputatlar tətilə çıxıb

Milli Məclisin deputatları tətilə çıxıb. Boyukmillet.com-un xəbərinə görə, qanunverici orqanın üzvləri yanvarın 15-dək tətildə olacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın …

Read More »

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edilir – SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisin qərar layihəsi parlamentin dekabrın 30-da keçiriləcək iclasında müzakirə olunacaq. Dəyişikliklə, aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiləcəklər: Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər: 1. Zeynalov Vüqar Eldar oğlu 2. Abdullayeva İlhamə Xanlar …

Read More »

Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib – EKSKLÜZİV

Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib. Bunu “Report” a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib. Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir: “Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib”. …

Read More »

Azərbaycana gələn turistlərin viza alması qaydası təsdiqlənib

Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər turizm vizası alacaqlar. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin dekabrın 27-də III oxunuşda qəbul etdiyi “Turizm haqqında” yeni qanunda əksini tapıb. Qeyd edilib ki, turizm vizasında ölkədə qalma müddəti 30 (otuz) günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən …

Read More »

Sahibə Qafarova: “Ordumuzun Vətən müharibəsindəki şücaəti dünya tarixinə qızıl hərflərlə yazılıb”

“Biz Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən bir çox amilləri qeyd edə bilərik. Birmənalı olaraq vurğulaya bilərik ki, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb. Sahibə Qafarova qeyd edib …

Read More »

Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanı modernləşdirmək missiyasını uğurla yerinə yetirib”

“18 il dövlətçilik baxımından elə də böyük bir dövr olmasa da, bu zaman keçidi xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı cənab İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf …

Read More »

Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dekabrın 22-də keçirilən toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Read More »

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com iclasın gündəliyinə müzakirə olunmaq üçün təklif olunan 23 qanun layihəsini təqdim edir: 1. “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). 2. “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). 3. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş). 4. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü …

Read More »