Macarıstan Ermənistanın paytaxtı İrəvanda konsulluq açmaq istəyir. Boyukmillet.com xəbər verir ki, bu təklifi Macarıstan xarici işlər naziri Peter Siyarto oktyabrın 27-də İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə səsləndirib. P.Siyarto Ermənistana humanitar yardımlar, bu ölkə ilə diplomatik münasibətləri tam bərpa etməyə hazır olduqlarını da vurğulayıb. Qeyd edək ki, 2012-ci ildə Budapeştlə İrəvan arasında diplomatik əlaqə kəsilib. Buna səbəb Macarıstanın Ermənistan …
Read More »İranda güclü zəlzələ olub
İranda Cənubi Xorasan əyalətində 5,1 maqnituda da zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri Bircənd şəhərindən 94 km cənub-şərqdə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Read More »Kanada XİN rəhbəri Ermənistanda səfərdədir
Kanadanın xarici işlər naziri Melani Joli Ermənistanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, M.Jolinin Ermənistanın XİN başçısı Ararat Mirzoyan ilə təkbətək görüşü başlayıb. Daha sonra geniş tərkibdə görüş keçiriləcək.
Read More »Beqlaryan Ermənistanda 3 günlük matəm elan olunmasını təklif etdi
Özünü buraxmış qondarma “Artsaxın keçmiş dövlət naziri” Artak Beqlaryan Ermənistanda matəm olunmasını təklif edib. Boyukmillet.com xəbər verir ki, Beqlaryan sosial şəbəkə hesabında bildirib ki, Qarabağdakı antiterror tədbirlərində ölənlərin, ermənilərin Qarabağdan köçməsinin və Xankəndidəki yanacaq anbarında baş vermiş partlayış qurbanlarının xatirəsinə matəm elan edilməliydi. Onun sözlərinə görə, 500-ə yaxın insanın öldüyü hadisələr ümummilli matəm üçün əsas olmasa da, hakimiyyətin olaylara ideoloji …
Read More »Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 11 nəfər yaralanıb
Türkiyədə Tarsus – Adana – Qaziantep magistral yolunda yük avtomobilinin mikroavtobus, qazıyıcı və asfalttökən vasitəyə çırpılması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb. Bildirilib ki, çırpılmadan sonra yük avtomobili alovlanmağa başlayıb. Yaralılar Kahramanmaraş və Qaziantepdəki xəstəxanalara göndəriliblər. Faktla bağlı araşdırma aparılır.
Read More »Türkiyədə avtobuslar toqquşub, 28 nəfər yaralanıb
Türkiyədə Uşakdan Kütahyanın Gediz rayonu istiqamətində hərəkət edən mikroavtobus Dərbənd kəndinin yaxınlığında ötmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn midiavtobusla toqquşub. Boyukmillet.com xəbər verir ki, toqquşma sonucunda midiavtobus yoldan çıxaraq kənara, mikroavtobus isə yola aşıb. Bildirilib ki, hadisədə 28 nəfər xəsarət alıb, onlar bölgəyə ən yaxın xəstəxanalara yönləndiriliblər. Qeyd olunub ki, hər iki nəqliyyat vasitəsi işçiləri daşıyırdı.
Read More »Paşinyan: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb”
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə brifinq zamanı bildirib. “Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün …
Read More »Qazaxıstan Prezidenti Çinə səfər edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 17-18-də Çində rəsmi səfərdə olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb. O, Pekində Çin lideri Si Cinpinlə görüşəcək, həmçinin “Bir kəmər, bir yol” III Yüksək Səviyyəli Forumda iştirak edəcək. Qazaxıstan liderinin Çin şirkətlərinin rəhbərləri ilə də bir sıra görüşləri nəzərdə tutulub.
Read More »Türkiyə HƏMAS və İsrail arasında mərhələli əsir mübadiləsini planlaşdırır
Bir sıra Qərb ölkələri Fələstin-İsrail münaqişəsi zonasında əsirlərin mübadiləsini asanlaşdırmaq istəyi ilə Türkiyəyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb. “Bir çox dövlətlər öz vətəndaşlarının müdafiəsinə qalxmaq tələbi ilə Ankaraya müraciət edib”, – nəşr qeyd edib. Ankaranın mərhələli mübadilə prosesinə ilkin olaraq qadınlarla başlayacağı bildirilib: “Əsirlərin mübadiləsi asan məsələ deyil. Alınan məlumatlar göstərir ki, …
Read More »Sergey Lavrov: “Ermənistan vasitəsilə Cənubi Qafqazda NATO maraqlarının təşviqinə cəhdlər edilir”
“Rusiya Cənubi Qafqazda NATO maraqlarının Ermənistan vasitəsilə təşviqinə cəhdlər görür”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib. “Anti-Rusiya əhvali-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, müəyyən dərəcədə süni şəkildə həyata keçirilir. Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Bunların sayı əvvəllər də çox idi. Əlbəttə ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar