Cümə axşamı , 19 Fevral 2026

Region

Təbrizli qadınlar etiraz aksiyasına başladılar

Bir qrup təbrizli qadın Şərqi Azərbaycan əyalətinin Ətraf Mühit İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial media kanallarında paylaşımlar edilib. “Bəndləri sındırın, Urmu gölünü doldurun”, “Urmu gölü susuzdur” və başqa bu kimi şüarlar səsləndirən etirazçılar hakimiyyətdən gölün bərpası layihələrini yerinə yetirməyi tələb ediblər.

Read More »

Rusiya ordusu Xersonu atəşə tutub, 2-si uşaq olmaqla 7 nəfər həlak olub

Rusiya ordusu dünən gecə Ukraynanın Xerson vilayətini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb. Bildirilib ki, hücum nəticəsində ümumilikdə 7 nəfər həlak olub. Onlardan 2-si uşaqdır. Məlumata görə, Rusiyanın hərbi təcavüzü nəticəsində 13 nəfər yaralanıb.

Read More »

Suriyadan Türkiyəyə daxil olmaq istəyən terrorçu sərhəddə yaxalanıb

Suriyadan Türkiyəyə keçməyə cəhd edən PKK/PYD terror təşkilatının bir üzvü Şanlıurfanın Suruç rayonunda saxlanılıb. Boyukmillet.com xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatından sonra təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib. Onlar terror təşkilatı PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunu sərhəd xəttində yaxalayıb. Terrorçu haqqında cinayət işi başlanılıb.

Read More »

Türkiyə terror təşkilatının 36,4 milyard lirə qanunsuz gəlirinin qarşısını alıb

Türkiyədə terror təşkilatının 36,4 milyard lirə qeyri-qanuni gəlir əldə etməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında bildirib. “Bingöldə keçirilən narkotik əməliyyatı zamanı terror təşkilatının 36,4 milyard lirə qanunsuz gəlir əldə etməsinin qarşısı alındı”, – deyə o qeyd edib.

Read More »

Rəşid Meredov: “Ümidvaram ki, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşü ilin sonuna kimi keçiriləcək”

“Ümidvaram ki, Rusiyanın təşəbbüsü ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü ilin sonuna kimi keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bildirib. “Türkmənistan əmindir ki, bu gün əsas vəzifə ilk növbədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada öz əksini tapmış Xəzərdə yaradılmış əməkdaşlıq mexanizmlərindən maksimum istifadə etməkdir. Bu işin əlaqələndirilməsində əsas …

Read More »

Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu olub

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa bildirib. Onun sözlərinə görə, vilayətin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemləri işə salınıb. V.Şapşa PUA-lardan birinin vurulduğunu bildirib. Qubernator həmçinin itki olmadığını söyləyib. Qeyd edək ki, avqustun 11-də Kaluqada elektrik yarımstansiyalarından biri partladılıb. Nəticədə vilayətin hava məkanı qısamüddətli də olsa …

Read More »

Rusiya pilotsuz zirehli avtomobilin istehsalına başlayır

Rusiya “Zubilo” pilotsuz zirehli avtomobilin istehsalına başlayır. Boyukmillet.com xəbər verir ki, avtomobilin hazırlanması Rusiyada xüsusi təyinatlı avadanlıqların istehsalı ilə məşğul olan “Remdiesel” ASC tərəfindən həyata keçiriləcək. Hücum üçün nəzərdə tutulmuş zirehli avtomobil “Ordu-2023” beynəlxalq hərbi sərgidə təqdim ediləcək. Zirehli pilotsuz avtomobil əsas məqsədi ilə yanaşı, həm də döyüş sursatı, yük və xəsarət alanların daşınması, radiostansiyaların və kvadrokopterlərin yüklənməsi üçün istifadə …

Read More »

Türkiyə Silahlı Qüvvələri şəhid verib

Türkiyə Silahlı Qüvvələri şəhid verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib. Belə ki, çavuş Ege Süleyman Görece iyulun 21-də İraqın şimalında keçirilən “Pənçə- Kilit” əməliyyatında yaralanıb. Yaralı 21 gündən sonra dünyasını dəyişib.

Read More »

Ukrayna Prezident Ofisi: “Rusiyada partlayışlar daha tez-tez olacaq”

“Rusiyada partlayışlar daha tez-tez baş verəcək və belə hadisələrin nəticəsi də olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak xarici KİV-ə müsahibəsində deyib. O bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyada kifayət qədər effektiv şəbəkəsi mövcuddur. Ukraynanın baş ölkənin ərazisində döyüşmədiyini vurğulayan M.Podolyakın sözlərinə görə, Rusiya özü-özünü məhv edəcək. Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən …

Read More »

İran mediasında Azərbaycan dili təhqir olundu

İranın “Sazəndegi” qəzetində Azərbaycan dili növbəti dəfə təhqir edilib. Boyukmillet.com xəbər verir ki, qəzetdə Şahnaməşünas kimi təqdim olunan Cavad Rəncbər Derəxşilər adlı tədqiqatçının təhqir dolu məqaləsi dərc edilib. O, keçmiş prezident Həsən Ruhani dövründə təsis edilməsi nəzərdə tutulan, lakin hələ də təsis edilməyən Türk Dili Akademiyasının təhlükəli olduğu barədə iddialar səsləndirib. Məqalə müəllifi dil akademiyasının mədəni qurumdan daha çox siyasi qurum …

Read More »