Ötən gün, avqustun 9-da Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda baş vermiş partlayış nəticəsində 110-dan çox bina zədələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, sözügedən tikililər arasında həm inzibati binalar, həm də fərdi yaşayış binaları var. Məlumata görə, hadisə nəticəsində 12 nəfər itkin düşüb. Xatırladaq ki, …
Read More »Rusiya ordusu Donetski atəşə tutub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
Bu gecə Rusiya ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Pavlo Kirilenko teleqramda yazıb. O bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Read More »Rusiya “Qastello” kamikadze dronlarının istehsalına başlayıb
Rusiya “Qastello” kamikadze dronlarının istehsalına başlayıb. Boyukmillet.com xəbər verir ki, ay ərzində konveyerlərdən 5000 qurğunun buraxılması nəzərdə tutulub. Yeni dronlar gecələr də istifadə oluna biləcək. Dronları idarə edən operatorlar monitorda onun hərəkətini izləyə biləcək. Qeyd edək ki, kvadrokopter Sovet İttifaqı Qəhrəmanı Nikolay Qastellonun şərəfinə adlandırılıb. İkinci Dünya müharibəsində onun təyyarəsi faşist texnikasının cəmləşdiyi əraziyə zərbə endirib. Ekipaj üzvləri həlak olublar.
Read More »ABŞ “Taxıl sazişi”nin tələblərini yerinə yetirmək üçün Rusiyaya kömək etməyə hazırdır
ABŞ “Taxıl sazişi”nin tələblərini yerinə yetirmək üçün Rusiyaya kömək etməyə hazır olduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O’Brayen keçirdiyi brifinqdə deyib. “İlk növbədə, Rusiya nə tələb etdiyini dəqiq bilməlidir. Onlar bir sıra müxtəlif tələblər irəli sürüblər. Bunların hamısı Rusiyanın müxtəlif qurumlarının özəl sektordan xidmət ala bilməməsi ilə bağlı idi”, – deyə …
Read More »KİV: “Erməni biznesmenlərinə hakim partiyaya vəsait toplamaq tapşırılıb”
Ermənistanda iri bizneslə məşğul olan sahibkarlara hakim “Vətəndaş müqaviləsi” Partiyasının xeyrinə vəsait toplanmasında iştirak etmək tapşırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumatı “Joxovurd” qəzeti yazıb. Qeyd edilib ki, təxminən minə yaxın iş adamı hakim partiyanın xeyrinə 1,3 milyon dollar ödəniş həyata keçirib. Vəsait toplanışında iştirak edən sahibkarlar arasında “Art Lunch”ın təsisçisi Bakur Melkonyan, “Yeremyan Projects”in baş direktoru David Yeremyan, …
Read More »Sergey Şoyqu Ukraynanın işğal olunmuş ərazilərinə gedib
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynanın işğal olunmuş ərazilərinə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, nazir Ukraynada xüsusi hərbi əməliyyat zonasında olub. S.Şoyqu generalların məruzələrini dinləyib, onlara tapşırıqlar verib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu il iyun ayından əks-hücum əməliyyatları həyata keçirir.
Read More »İranlı polkovnik faciəvi şəkildə öldü
İranın Kirman əyalətinin Ciroft şəhərində pərakəndə yanacaq satıcılarını həbs etmək istəyən polkovnik Milad Azadavər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, polkovnik pərakəndə yanacaq satanları həbs etmək məqsədilə onları qovduğu vaxt avtomobili aşaraq alovlanıb. Azadavər avtomobildə yanaraq həyatını itirib.
Read More »Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirilir
Ermənistanda bir qrup vətəndaş parlamentin önündə etiraz aksiyası keçirir. Boyukmillet.com xəbər verir ki, onlar “müdafiə sənayesinin inkişaf etdirilməsini” tələb edirlər. Etirazçıların sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın hərbi sənaye ilə bağlı dövlət siyasəti dəyişməyib: “Biz 44 günlük müharibədə olduğu kimi indi də müdafiəsiz qalmışıq”. Aksiya iştirakçıları bildirirlər ki, hökumət pulu məqsədyönlü istifadə etmir: “Bu günlərdə ölkədə müxtəlif bayram …
Read More »Rusiya XİN Paşinyana cavab verib: “Tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”
“Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb: “İndi Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir”. Rusiya XİN-in sözçüsü həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı …
Read More »İranda “casus” kimi həbs edilən azərbaycanlı azadlığa buraxıldı
Azərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan, 31 yaşlı Validə Yusifova sərbəst buraxılaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Təbriz Turan” məlumat yayıb. Qeyd edək ki, V.Yusifova 2 il 6 aya yaxın idi İranda həbsdə idi. O, Tehranda məşhur Evin həbsxanasının qadınlar bölməsində saxlanılırdı. V.Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən saxta …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar