Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin oktyabrında başa çatacaq ballistik raketlərin hazırlanması və istehsalına görə İrana qarşı sanksiyaları uzatmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, mənbələr Aİ-nin sanksiyaların müddətinin uzadılmasına qərar verməsinin üç səbəbini qeyd ediblər: Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etməsi, İran raketlərinin Rusiyaya çatdırma ehtimalı və Tehranın nüvə sazişinin şərtlərini pozması. “İranlılara kifayət qədər aydın şəkildə deyilib və …
Read More »Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. Bu kontekstdə onlar diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması haqqında sazişin icrasına da toxunublar. …
Read More »İranda rejimi sərt tənqid edən imamcümənin nəvəsi və daha 5 nəfər həbs olunub
İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi Mövləvi Abdul Həmidin nəvəsi Abdul Nasır Şahbəx həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin fars dilində redaksiyası məlumat yayıb. Bildirilib ki, İranın hərbi-polis qüvvələrinin təmsilçiləri Abdul Nasır Şahbəxşi tutarkən zorakılıq tətbiq ediblər. Onun saxlanıldığı yer barədə ailə üzvlərinə və yaxınlarına məlumat verməyiblər. Hətta onun vəkillə təmin olunmadığı da qeyd edilib. …
Read More »Rusiya Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb, ölkədə hava xəbərdarlığı elan edilib
Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb. Bildirilib ki, Kremençuqda, Poltava və Sumı vilayətlərində partlayış səsləri eşidilib. Əraziyə təcili yardım maşınları gedib. Sözügedən ərazilərdə hava xəbərdarlığı elan edilib. Hücumların nəticələri barədə hələ ki, məlumat yoxdur.
Read More »Lukaşenko Rusiyadakı vəziyyətə görə ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib
Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib. Boyukmillet.com Belarus KİV-nə istinadən xəbər verir ki, o, bu barədə hərbçilərlə görüşündə deyib. A.Lukaşenko qeyd edib ki, Rusiyada baş verənləri kənardan izləmək çətindir: “Vətəndaşlarımızın çoxu baş verənləri ürək yanğısı ilə qəbul etdi”. Dövlət başçısının sözlərinə görə, Belarusun Qərb təhlükəsinə qarşı müqavimət göstərmək imkanı var. Xatırladaq ki, bir neçə …
Read More »Nikol Paşinyan: “Müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi”
“Müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib. O, iclasın qapalı hissəsində Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib. Baş nazir bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala …
Read More »Paşinyan: “44 günlük müharibə zamanı hərbçilər çevriliş etmək istəyirdi” – YENİLƏNİB
“2020-ci ildə baş verən 44 günlük müharibə zamanı hərbçilər çevriliş etmək istəyirdi”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb. O bildirib ki, həmin vaxt yüksək rütbəli hərbçilərin fəaliyyətsizliyi məhz buna xidmət edirdi. 11:31 Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb. Boyukmillet.com xəbər verir …
Read More »Ermənistanın Fövqəladə Hallar Nazirliyi fəaliyyətini dayandıracaq
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti bu ilin iyunun 30-dan dayandırılacaq. Boyukmillet.com xəbər verir ki, 2022-ci il dekabrın 16-da qəbul edilmiş “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə Ermənistan qanununa əsasən Fövqəladə Hallar Nazirliyinin funksiyalarını da özündə birləşdirən Daxili İşlər Nazirliyi yaradılıb. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri ilə bağlı sualların, təkliflərin, bəyanatların və məktubların zəruri …
Read More »Türkiyənin “Deli” kamikadze PUA-larınn sınaqları uğurlu keçib – VİDEO
Türkiyənin “Deli” kamikadze PUA-larınn sınaqları uğurla başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, əlverişsiz hava şəraitinə rəğmən, uçuşlar uğurla yekunlaşıb. https://twitter.com/stargazete/status/1673261106234531841?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1673261106234531841%7Ctwgr%5E0aa5f1b8c092d6c1e206833c0217312246eaeec0%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Fturkiyenin-deli-kamikadze-pua-larinn-sinaqlari-ugurlu-kecib%2F
Read More »NATO və Rusiya MN rəsmiləri nüvə başlıqları ilə bağlı müzakirə aparıblar
NATO ilə Rusiya Müdafiə Nazirliyi nümayəndələri arasında təmaslar olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İtaliyanın “La Republica” qəzeti yazıb. Bildirilib ki, NATO istifadəyə hazır olan 1400-dən çox nüvə başlığı ilə bağlı Rusiya rəsmiləri ilə müzakirə aparıb. Danışıqlarda iştirak edən rəsmilərin adları açıqlanmayıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
