Bazar ertəsi , 16 Fevral 2026

Region

Türkiyədə sərnişin avtobusu və yük maşını toqquşub, 18 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu və yük maşını toqquşub. Boyukmillet.com xəbər verir ki, hadisə Anadolu magistralında qeyd alınıb. Hadisə nəticəsində 18 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə təcili yardım, xilasetmə və polis əməkdaşları cəlb edilib. Yaralıların 15-i müxtəlif xəstəxanalara aparılıb. Hadisə ilə əlaqədar yolda tıxac yaranıb. Qəzanın başvermə səbəbi açıqlanmır.

Read More »

KİV: “ABŞ və Rusiya arasında nüvə qarşıdurması fəlakətli həddə çatıb”

ABŞ-ın Rusiya ilə bağlı xarici siyasəti dünyanı nüvə müharibəsi təhlükəsi həddinə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bunu “Harpers Magazine” jurnalı yazıb. Məqalədə amerikalı tarixçi və diplomat Corc Kennan səsləndirdiyi fikirlərdən sitat gətirilib. O, 1997-ci ildə bildirmişdi ki, Vaşinqtonun soyuq müharibə atmosferini bərpa etmək səyləri Ağ evin üzləşəcəyi ciddi səhv addım olacaq. Bildirilib ki, ABŞ nümayəndələri bununla yanaşı, nüvə təhlükəsizliyi və təminatı …

Read More »

Putin Stokholmda Quranın yandırılmasına münasibət bildirib

Rusiya prezidenti Vladimir Putin Stokholmda Quranın yandırılmasından danışarkən Böyük Pyotrun komandanlığı altında olan rus ordusunun isveçlilər üzərində qələbəsini xatırladıb. Boyukmillet.com xəbər verir ki, Rusiya dövlət başçısı Dərbənddəki məscidə səfəri zamanı vurğulayıb ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir və müqəddəs kitabların yandırılması cinayət sayılmır: “İsveçdə Quran yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil”. O xatırladıb ki, …

Read More »

Ukraynanın baş komandanı: “Rusiyanın nüvə təhdidlərindən qorxmuruq”

“Nüvə təhdidləri bizə mane olmayacaq, ərazilərimizi işğalçılardan təmizləməyə davam edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın “Vaşinqton Post” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Ukrayna ordusu üçün ən pis ssenari nüvə müharibəsidir: “Kəşfiyyat məlumatlarına əsasən onu deyə bilərəm ki, düşmən Zaporojye Atom Elektrik Stansiyasında (AES) da terror aktı hazırlaya bilər. Amma bütün bunlar bizə …

Read More »

İranda toz fırtınası nəticəsində 1191 nəfər xəstəxanaya yerləşdirilib

İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatıb, 1 nəfər isə həyatını itirib. Boyukmillet.com xəbər verir ki, Sistan-Bəlucistan Böhran İdarəetməsinin baş direktoru Məcid Mohibbinin sözlərinə görə, əyalətin şəhərlərində toz fırtınası səbəbindən son 6 gündə 1191 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib. Xəstəxanaya yerləşdirilənlərdən 1019 nəfər ambulator müalicə olunaraq evə buraxılıb, 171 nəfərin müalicəsi …

Read More »

Aİ Rusiyaya silah tədarükünə görə İrana qarşı sanksiyaları uzadacaq

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin oktyabrında başa çatacaq ballistik raketlərin hazırlanması və istehsalına görə İrana qarşı sanksiyaları uzatmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, mənbələr Aİ-nin sanksiyaların müddətinin uzadılmasına qərar verməsinin üç səbəbini qeyd ediblər: Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etməsi, İran raketlərinin Rusiyaya çatdırma ehtimalı və Tehranın nüvə sazişinin şərtlərini pozması. “İranlılara kifayət qədər aydın şəkildə deyilib və …

Read More »

Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. Bu kontekstdə onlar diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması haqqında sazişin icrasına da toxunublar. …

Read More »

İranda rejimi sərt tənqid edən imamcümənin nəvəsi və daha 5 nəfər həbs olunub

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi Mövləvi Abdul Həmidin nəvəsi Abdul Nasır Şahbəx həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin fars dilində redaksiyası məlumat yayıb. Bildirilib ki, İranın hərbi-polis qüvvələrinin təmsilçiləri Abdul Nasır Şahbəxşi tutarkən zorakılıq tətbiq ediblər. Onun saxlanıldığı yer barədə ailə üzvlərinə və yaxınlarına məlumat verməyiblər. Hətta onun vəkillə təmin olunmadığı da qeyd edilib. …

Read More »

Rusiya Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb, ölkədə hava xəbərdarlığı elan edilib

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb. Bildirilib ki, Kremençuqda, Poltava və Sumı vilayətlərində partlayış səsləri eşidilib. Əraziyə təcili yardım maşınları gedib. Sözügedən ərazilərdə hava xəbərdarlığı elan edilib. Hücumların nəticələri barədə hələ ki, məlumat yoxdur.

Read More »