ABŞ-ın Rusiya ilə bağlı xarici siyasəti dünyanı nüvə müharibəsi təhlükəsi həddinə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bunu “Harpers Magazine” jurnalı yazıb. Məqalədə amerikalı tarixçi və diplomat Corc Kennan səsləndirdiyi fikirlərdən sitat gətirilib. O, 1997-ci ildə bildirmişdi ki, Vaşinqtonun soyuq müharibə atmosferini bərpa etmək səyləri Ağ evin üzləşəcəyi ciddi səhv addım olacaq. Bildirilib ki, ABŞ nümayəndələri bununla yanaşı, nüvə təhlükəsizliyi və təminatı …
Read More »Rusiya ordusu Xersonu atəşə tutub, 2 nəfər ölüb
Rusiya Silahlı Qüvvələrinin Xerson şəhərini atəşə tutması nəticəsində 2 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində şəhərdə yaşayış binalarına ziyan dəyib.
Read More »Putin Stokholmda Quranın yandırılmasına münasibət bildirib
Rusiya prezidenti Vladimir Putin Stokholmda Quranın yandırılmasından danışarkən Böyük Pyotrun komandanlığı altında olan rus ordusunun isveçlilər üzərində qələbəsini xatırladıb. Boyukmillet.com xəbər verir ki, Rusiya dövlət başçısı Dərbənddəki məscidə səfəri zamanı vurğulayıb ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir və müqəddəs kitabların yandırılması cinayət sayılmır: “İsveçdə Quran yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil”. O xatırladıb ki, …
Read More »Ukraynanın baş komandanı: “Rusiyanın nüvə təhdidlərindən qorxmuruq”
“Nüvə təhdidləri bizə mane olmayacaq, ərazilərimizi işğalçılardan təmizləməyə davam edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın “Vaşinqton Post” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Ukrayna ordusu üçün ən pis ssenari nüvə müharibəsidir: “Kəşfiyyat məlumatlarına əsasən onu deyə bilərəm ki, düşmən Zaporojye Atom Elektrik Stansiyasında (AES) da terror aktı hazırlaya bilər. Amma bütün bunlar bizə …
Read More »İranda toz fırtınası nəticəsində 1191 nəfər xəstəxanaya yerləşdirilib
İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatıb, 1 nəfər isə həyatını itirib. Boyukmillet.com xəbər verir ki, Sistan-Bəlucistan Böhran İdarəetməsinin baş direktoru Məcid Mohibbinin sözlərinə görə, əyalətin şəhərlərində toz fırtınası səbəbindən son 6 gündə 1191 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib. Xəstəxanaya yerləşdirilənlərdən 1019 nəfər ambulator müalicə olunaraq evə buraxılıb, 171 nəfərin müalicəsi …
Read More »Aİ Rusiyaya silah tədarükünə görə İrana qarşı sanksiyaları uzadacaq
Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin oktyabrında başa çatacaq ballistik raketlərin hazırlanması və istehsalına görə İrana qarşı sanksiyaları uzatmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, mənbələr Aİ-nin sanksiyaların müddətinin uzadılmasına qərar verməsinin üç səbəbini qeyd ediblər: Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etməsi, İran raketlərinin Rusiyaya çatdırma ehtimalı və Tehranın nüvə sazişinin şərtlərini pozması. “İranlılara kifayət qədər aydın şəkildə deyilib və …
Read More »Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. Bu kontekstdə onlar diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması haqqında sazişin icrasına da toxunublar. …
Read More »İranda rejimi sərt tənqid edən imamcümənin nəvəsi və daha 5 nəfər həbs olunub
İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi Mövləvi Abdul Həmidin nəvəsi Abdul Nasır Şahbəx həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin fars dilində redaksiyası məlumat yayıb. Bildirilib ki, İranın hərbi-polis qüvvələrinin təmsilçiləri Abdul Nasır Şahbəxşi tutarkən zorakılıq tətbiq ediblər. Onun saxlanıldığı yer barədə ailə üzvlərinə və yaxınlarına məlumat verməyiblər. Hətta onun vəkillə təmin olunmadığı da qeyd edilib. …
Read More »Rusiya Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb, ölkədə hava xəbərdarlığı elan edilib
Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb. Bildirilib ki, Kremençuqda, Poltava və Sumı vilayətlərində partlayış səsləri eşidilib. Əraziyə təcili yardım maşınları gedib. Sözügedən ərazilərdə hava xəbərdarlığı elan edilib. Hücumların nəticələri barədə hələ ki, məlumat yoxdur.
Read More »Lukaşenko Rusiyadakı vəziyyətə görə ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib
Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib. Boyukmillet.com Belarus KİV-nə istinadən xəbər verir ki, o, bu barədə hərbçilərlə görüşündə deyib. A.Lukaşenko qeyd edib ki, Rusiyada baş verənləri kənardan izləmək çətindir: “Vətəndaşlarımızın çoxu baş verənləri ürək yanğısı ilə qəbul etdi”. Dövlət başçısının sözlərinə görə, Belarusun Qərb təhlükəsinə qarşı müqavimət göstərmək imkanı var. Xatırladaq ki, bir neçə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar