“Ukrayna müdafiəçiləri Baxmut, Toretsk və Berdyansk istiqamətlərində uğurla irəliləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalev bildirib. Onun sözlərinə görə, Zaporoje vilayətinin Lobkovo, Levadnoye, Novodarovka, Donetsk vilayətinin Neskuçnoye, Storojevoye, Makarovka, Blaqodatnoye kəndləri işğaldan azad edilib. A.Kovalev deyib ki, Ukrayna qoşunları Baxmut istiqamətində sol cinahda 1,5 km, sağda isə 3,5 km irəliləyib: “Berxovsk su anbarı rayonunda …
Read More »Paşinyanın İstintaq Komissiyasında çıxış edəcəyi tarix açıqlanıb
Ermənistan baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasında çıxış edəcəyi tarix açıqlanıb. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, iyunun 20-si saat 10-da istintaq komitəsinə dəvət edilib. N.Paşinyan dəvətə müsbət cavab verib. Xatırladaq ki, Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşü zamanı İstintaq Komissiyasında iştirak edəcəyini açıqlamışdı.
Read More »Xerson atəşə tutulub, 3 nəfər ölüb, 12 nəfər yaralanıb
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrini 26 dəfə atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb. O bildirib ki, hücum minaatanlar, artilleriya və PUA-larla həyata keçirilib. Nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Read More »Kasım-Jomart Tokayev iyunun 12-ni milli matəm günü elan edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib. Dövlət başçısı Abay rayonuna səfər edib, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib. Xatırladaq ki, Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə …
Read More »Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.Qeyd edək ki, bu, Türkiyədə bir dövlət ənənəsidir.Xatırladaq ki, bu il mayın 28-də Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib. …
Read More »İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı mərkəz və telekanal açmağı planlaşdırır
İran hakimiyyəti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı siyasi-ideoloji təbliğat mərkəzi və televiziya kanalı açmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə GünAZTV məlumat yayıb. Bildirilib ki, bu barədə Qərbi Azərbaycan əyalətinin kürd etnik qrupundan olan valisi Məhəmmədsadiq Mötəmedian tələb və təklif irəli sürüb Onun sözlərinə görə, 24 saat İrana qarşı xaricdən fikirləri təbliğ edən yüzlərlə media orqanı və televiziya kanalları …
Read More »İstanbulda regional və qlobal məsələlərə dair beynəlxalq səviyyəli müşavirə keçiriləcək
Bu gün Türkiyənin İstanbul şəhərində Türkiyə, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Avropa İttifaqı və BMT-nin yüksək vəzifəli şəxslərinin regional məsələlər üzrə müşavirəsi olacaq. Boyukmillet.com xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyəni bu tədbirdə xarici işlər nazirinin müavini Burak Çapar təmsil edəcək. Məlumata görə, toplantıda regional və qlobal problemlərə dair məsələlərin müzakirəsi gözlənilir. Digər iştirakçıların adları və vəzifələri açıqlanmayıb.
Read More »Ukrayna hərbi kəşfiyyatının sözçüsü ordunun Krıma daxil olacağı vaxtla bağlı açıqlama verib
Ukrayna ordusu Krıma daxil olanda hələ isti mövsüm olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) sözçüsü Andriy Yusov “Ukrainska pravda”ya müsahibəsində proqnoz verib. Jurnalist həmsöhbətindən Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun “Ukrayna Silahlı Qüvvələrinin Krıma 2023-cü ilin yazının sonuna kimi daxil olacağı” barədə təkrarlanan sözlərinə münasibət bildirməsini istəyib. “Biz ssenarilərdən danışırıq və aydındır ki, ssenarilər fərqli …
Read More »Hacıqabulda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan …
Read More »Hakan Fidanla Antoni Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb. Bildirilib ki, Antoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib. Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar