Çərşənbə axşamı , 17 Fevral 2026

Region

Türkiyə XİN rəhbəri Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında danışıb. Türkiyə XİN başçısı vurğulayıb ki, Suriyada xalqın təhlükəsizliyi və azadlığı əsas prioritetdir: “Suriyadakı qardaşlarımızın məhz buna ehtiyacı var və əməkdaşlıq içində olduğumuz ölkələrlə birlikdə buna nail …

Read More »

Qırğızıstan-Özbəkistan sərhədindəki keçid məntəqəsi bağlanıb

Qırğızıstan və Özbəkistan sərhədindəki “Otukçu” keçid məntəqəsi müvəqqəti bağlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb. Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən “Apkan” sərhəd məntəqəsinə yönləndiriləcəklər. Keçid məntəqəsi güclü su axınları nəticəsində “Otukçu” və “Tul” keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar olaraq bağlanıb.

Read More »

Azərbaycan vətəndaşının da daxil olduğu 34 əcnəbi Gürcüstandan deportasiya olunub

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti nazirliyin digər müvafiq qurumları ilə birgə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində son günlər ərzində 34 əcnəbi ölkədən çıxarılıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, deportasiya olunanlar arasında Azərbaycan vətəndaşı da var. Ümumilikdə isə Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları deportasiya …

Read More »

Rusiyanın sənaye obyektləri dron hücumuna məruz qalıb, bir nəfər ölüb, yaralılar var

Rusiyanın Arzamas şəhərinə dron hücumu zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin “Telegram” kanalında bildirib. “Bu gecə Ukrayna PUA-ları Nijni Novqorod vilayətində iki sənaye zonasına hücum edib. Təəssüf ki, Arzamasda hücumu dəf edərkən insan tələfatı və zərərdən qaçmaq mümkün olmayıb. Bir əməkdaş yerindəcə ölüb, iki yaralı xəstəxanaya çatdırılıb”, …

Read More »

Ermənistanda Dövlət Gəlirləri Komitəsinin sabiq sədri saxlanılıb

Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyanı saxlayıblar. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb. O, qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunur. Hazırda Antikorrupsiya Məhkəməsi Arutyunyanın həbsi ilə bağlı vəsatətə baxır. O, 2016-2018-ci illərdə vergi qurumuna rəhbərlik edib, bundan əvvəl “Qazprom Ermənistan”ın baş direktoru olub.

Read More »

Ermənistanda icmanın sabiq başçısı dövlətə 454 min dollar ziyan vurmaqda ittiham edilir

Ermənistanın Kotayk vilayətinin Ptqni icmasının sabiq başçısı Arakel Virabyan 2000-2021-ci illər arasında 22 torpaq sahəsinə qanunsuz sahib olmaqda və dövlətə 182 milyon dram (454 min dollar) məbləğində ziyan vurmaqda ittiham olunur. Boyukmillet.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb. O, xüsusilə böyük məbləğdə pulların yuyulması və əmlakın mənimsənilməsində ittiham olunur. Bundan əlavə, beş nəfərə qarşı …

Read More »

Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hələ ki, Ərdoğanın gündəliyində belə bir plan yoxdur: “Belə bir məsələ olarsa, xəbər veriləcək”. Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal …

Read More »

İran Milli Təhlükəsizlik Şurasının keçmiş katibinə hökumətdə yeni vəzifə veriləcək

İran Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Əkbər Əhmədiana hökumətdə vəzifə veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, hökumət strukturunda yeni müavin vəzifəsi yaradılacaq. İran Prezidenti Məsud Pezeşkianın fərmanına uyğun olaraq Əli Əkbər Əhmədian hökumətdə xüsusi missiyalar üzrə müavin vəzifəsini tutacaq. Qeyd edək ki, ötən gün İran parlamentinin keçmiş sədri, ali rəhbər ayətullah Seyid Əli Xaməneinin …

Read More »

İranda hakimiyyətə qarşı çıxan dörd gənc barəsində edam hökmü çıxarılıb

İranın Sistan və Bəlucistan əyalətlərində dörd yerli sakin barəsində edam hökmü çıxarılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb. Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər. Vurğulanıb ki, …

Read More »

KİV: ABŞ Türkiyənin icazəsi olmadan Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirə bilməz

ABŞ Montrö Konvensiyasına uyğun olaraq, Qara dənizdə nüvə sualtı qayıqlarını yerləşdirmək üçün Türkiyədən icazə almalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Türkiye” qəzeti beynəlxalq hüquq üzrə ekspertlərə istinadən yazıb. ABŞ Prezidenti Donald Tramp avqustun 1-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin aqressiv bəyanatlarından sonra iki nüvə sualtı qayığının müvafiq bölgələrə göndərilməsi barədə göstəriş verdiyini bildirib. Sonra o, …

Read More »