Cümə axşamı , 19 Fevral 2026

Region

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib. Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub. Hazırda yanğın davam edir. Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.

Read More »

Ukraynada Rusiya ordusunun generalı öldürülüb

Ukraynada Rusiya ordusunun generalı öldürülüb. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. O, ölkənin Silahlı Qüvvələrinin Xerson bölgəsindəki Rusiya ordusunun generalını zərərsizləşdirdiyini qeyd edib. “Dəqiqləşdirilməsi vacib olan ilkin məlumata görə, Rusiya generalı bu gün (dünən-red) Xerson istiqamətində öldürülüb”, – o deyib. Arestoviç öldürülən generalın adını açıqlamayıb. O, eyni zamanda, düşmənin xeyli sayda …

Read More »

Qətər İslamiadadakı qalmaqala görə Türkiyədən üzr istəyib

Qətər Voleybol Federasiyası milli komandanın üzvü Saad Sulamanın Konyada keçirilən V islam Həmrəyliyi Oyunlarında səbəb olduğu qalmaqala görə Türkiyədən üzr istəyib. Boyukmillet.com xəbər verir ki, federasiya prezidenti Əli ibn Qanem Əl Kuvari yerli hakimlərə baş kəsmək işarəsi göstərən liberonun hərəkətinin yolverilməz olduğunu bildirib. O, insidentlə bağlı təəssüf hissi keçirdiyini söyləyib. Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ isə voleybolçudan Beynəlxalq Voleybol …

Read More »

Ermənistan rəsmisi İrəvandakı partlayışın terror aktı olduğunu istisna edib

Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan “Surmalu” ticarət mərkəzində baş vermiş hadisənin terror aktı olması ehtimalına münasibət bildirib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu variantı istisna edib. “Partlayış anının videosuna baxsaq, görərik ki, terror aktından söhbət gedə bilməz. Əvvəlcə yanğın, sonra isə partlayış olub”, – nazir bildirib.

Read More »

Rusiya və Çin keçmiş əfqan hərbçilərindən mühüm məlumatlar ala bilər

Rəsmi Vaşinqton amerikalıların təlim keçmiş yüzlərlə hərbçisini Əfqanıstandan çıxara bilmədi, bununla əlaqədar onlar digər dövlətlərlə, o cümlədən Rusiya, İran və ya Çinlə əməkdaşlığa başlaya və mühüm məlumatları açıqlaya bilərlər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində respublikaçıların hazırladığı hesabatda deyilir. Qeyd olunub ki, ABŞ üçün milli təhlükəsizlik sahəsində ciddi risk var, çünki bu əfqanlar …

Read More »

Avropa İttifaqı Gürcüstanda islahat çatışmazlığının olduğunu açıqlayıb

Avropa İttifaqı (Aİ) Gürcüstana Aİ-yə inteqrasiyanın yeni mərhələsinə keçmək üçün zəruri olan islahatlardakı çatışmazlıqları açıqlayıb. Boyukmillet.com xəbər verir ki, nəticə Aİ-Gürcüstan Assosiasiya Şurasının sentyabrın 6-da keçiriləcək iclası üçün hazırlanmış xüsusi hesabatda yer alıb. “Gürcüstan çətin şəraitdə islahatlar yolu ilə getməyə davam edib. Bununla belə, biz qanunun aliliyi, idarəetmə və insan hüquqları kimi əsas sahələrdə geriləməni qeydə aldıq. Gürcüstanın Avropa perspektivini …

Read More »

Zelenski Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib

Prezident Volodimir Zelenski Ukraynanın cənubunda Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə son çıxışında qeyd edib. Ukrayna Prezidenti vurğulayıb ki, ölkənin cənubunda gedən döyüşlərdə Rusiya ordusunun güc və vasitələrinin məhv edilməsi ilə bağlı şad xəbərlər var. “Donbasda şiddətli döyüşlər davam edir. Bu istiqamətdə cəbhənin ən qaynar nöqtələri dəyişməzdir – Avdeyevka, Marinka, Peski, …

Read More »

İraq və Suriyada terrorçular məhv edilib

Türkiyə xüsusi təyinatlıları İraqın şimalında PKK-nın daha 3 terrorçusunu məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, silahlılar “Pençe-Kilit” antiterror əməliyyatı zonasında məhv ediliblər. Nazirlik Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmini vurğulayaraq, türk hərbçilərin əməliyyatlarının uğurlu və səmərəli olduğunu qeyd edib. Türkiyə ordusu eyni zamanda PKK-YPG terror təşkilatının Suriya qanadının …

Read More »

İran nüvə sazişinə qayıtmasının şərtlərini açıqlayıb

Rəsmi Tehran hesab edir ki, Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İRNA agentliyi iranlı diplomata istinadən məlumat yayıb. Onun sözlərinə görə, MAQATE-nin fəaliyyəti ilə bağlı siyasi aspektlərdə və sanksiyalarla bağlı Tehrana zəmanətlər verilərsə, İran Aİ-nin təkliflərini qəbul …

Read More »

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb. Bu barədə Boyukmillet.com erməni mətbuatına istinadən xəbər verir. Seyran Saroyan 90-cı illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin alayın, briqadanın, 2-ci ordu korpusunun, sonra isə 4-cü korpusun komandiri olub. Qeyd edək ki, erməni generalı Seyran Saroyan Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə …

Read More »