Türkiyə İstanbulda təşkil edilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Belə ki, İndoneziya Müdafiə Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, 48 ədəd KAAN – ilk milli istehsal olan türk qırıcı təyyarəsi bu ölkəyə ixrac ediləcək.
Read More »Türkiyə parlamentində Terrorsuz Türkiyə Komissiyası yaradılır
Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində Terrorsuz Türkiyə Komissiyası yaradılır. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, TBMM rəhbərliyi rəsmi məktub göndərərək siyasi partiyalardan komissiyaya üzv təqdim etmələrini istəyib. Məlumata görə, Komissiya 51 üzvdən ibarət olacaq və burada partiyalar parlamentdəki mandat bölgüsünə uyğun olaraq təmsil olunacaqlar.
Read More »İranın uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməyib
İran Fransa, Britaniya və Almaniya nümayəndələri ilə cümə gününə planlaşdırılan danışıqlarda uranın zənginləşdirilməsi də daxil olmaqla, nüvə hüquqlarını müdafiə edəcək. Boyukmillet.com “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib. Nazir qeyd edib ki, danışıqların məqsədi ötən ay İsrail və Amerikanın nüvə proqramına qarşı son hərbi əməliyyatlarına baxmayaraq, İranın mövqeyinin dəyişməzliyini …
Read More »Ermənistana təbii qaz təchizatı dayandırılacaq
Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Boyukmillet.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Qazprom Armenia”nın məlumatında bildirilib. “Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax-Saquramo” (DN 1000) hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – məlumatda qeyd olunub. …
Read More »İranda sərhəddə atışma olub, iki hərbçi ölüb
İranın Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı Sərhəd Alayının sərhədçiləri ilə qanunsuz silahlı qrup arasında bölgənin Bane şəhərində silahlı toqquşma nəticəsində iki sərhədçi ölüb. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı briqada generalı Fərəc Rüstəmi bildirib. Briqada generalı bildirib ki, sərhəd alayının patrul qrupu sərhədi bağlamaq və icazəsiz hərəkətin qarşısını almaq məqsədilə sərhədin sıfır …
Read More »Rusiyaya girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısı genişləndirilib
Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiyalar paketinə cavab olaraq ölkə ərazisinə girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısını genişləndirib. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi Avropa institutlarının, Avropa İttifaqına üzv ölkələrin və Brüsselin anti-Rusiya siyasətinə qoşulan bir sıra Avropa dövlətlərinin Rusiya ərazisinə girişi qadağan edilən …
Read More »Tramp: ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır
ABŞ lazım gələrsə İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın XİN rəhbəri Abbas Araqçının əvvəlki hücumdan sonra ciddi ziyan dəyməsi ilə bağlı açıqlamalarından sonra deyib. “Xarici işlər naziri Abbas Araqçı İranın nüvə obyektləri ilə bağlı: “Zərər çox ağırdır, onlar məhv edilib”. Təbii ki, mən belə dedim və lazım gələrsə, yenə …
Read More »Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik
Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq və konsensus yolu ilə bu məsələ həll edilə bilər. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək. “Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Belə …
Read More »Rəsmi İrəvan sərhəd məntəqəsinə Tələt paşanın adının verilməsi layihəsinə münasibət bildirib
Türkiyə-Emənistan sərhədindəki nəzarət-buraxılış məntəqəsinə Osmanlı dövlətinin Baş naziri olmuş Mehmet Tələt paşanın adının verilməsi ilə bağlı qanun layihəsinə Ermənistan Xarici İşlər Nazirliyi münasibət bildirib. Boyukmillet.com-un Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı nazirliyə ünvanlanan sorğuya belə cavab verilib: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistan Türkiyə hökumətinin rəsmi mövqelərini, qərarlarını nəzərə alır”. Bir müddət əvvəl Türkiyənin İyi Partiyasının sədri, deputat …
Read More »Türkiyədə narkotiklərə qarşı əməliyyat nəticəsində 2 000-ə yaxın şübhəli saxlanılıb
Türkiyənin 72 əyalətində narkotiklərə qarşı iki həftə keçirilən əməliyyat nəticəsində 1 933 şübhəli saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib. Nazir qeyd edib ki, Türkiyə Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin Narkotiklə Mübarizə İdarəsinin koordinasiyası ilə narkotik maddə satıcılarına qarşı son 2 həftədə əməliyyat keçirilib. Bu tədbir Bursa, Adana, Qaziantep, İzmir, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar