İran-Azərbaycan sərhəd körpüsü 6 aya hazır olacaq. Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib. Qasemi iki ölkə arasında inkişaf edən tranzit və nəqliyyat əlaqələrinə uyğun olaraq Azərbaycana daxil olan İran yük maşınları üçün ödənişlərlə bağlı suala cavabında bildirib ki, İran yük maşınları üçün ödənişlərin azaldılması üçün iki ölkə arasında ekspertlər səviyyəsində …
Read More »Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib
Ukrayna hərbçiləri Xarkov yaxınlığında daha bir yaşayış məntəqəsini azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda bildirib. Belə ki, Xarkov vilayətinin Dementyevka kəndinə nəzarət bərpa edilib. Hazırda Rusiya hərbçiləri Ternovaya bölgəsində irəliləyirlər.
Read More »NATO Baş katibinin Gürcüstanın Baş naziri ilə görüşə bilməməsinin səbəbi açıqlanıb – YENİLƏNİB
NATO-nun Baş katibi Yens Stoltenberq səhhəti ilə əlaqədar olaraq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşə bilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb. Bildirilib ki, baş katib təxminən bir həftə öncə koronavirusa yoluxub. Bu səbəbdən onun Berlinə planlaşdırılan səfəri də baş tutmayıb.13:15 Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və NATO-nun Baş katibi Yens Stoltenberq arasında Brüsseldə bu günə təyin olunmuş görüş ləğv edilib.
Read More »İdarə rəisi: “Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək”
“Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması ilə bağlı başlayan cinayət işi çərçivəsində dindiriləcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Xüsusi işlər üzrə idarənin rəisi Rafel Vardanyan müharibədə itkin düşmüş sayılan hərbçilərin valideynləri ilə görüşdə bildirib. O, dindirmənin dəqiq tarixini deməyib: “Bu cinayət işi çərçivəsində Ermənistan Baş Prokurorluğunun tapşırığı yerinə yetiriləcək. Sizin İstintaq Komitəsinin başçısı …
Read More »Rusiya “S-500” zenit-raket komplekslərini silahlanmaya daxil edib
“Rusiya Silahlı Qüvvələri “S-500” zenit-raket komplekslərini silahlanmaya qəbul etməyə başlayıb”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov söyləyib. O əlavə edib ki, ordu “Peresvet” lazer qurğuları ilə təmin edilir, onlar 1 500 km-ə qədər məsafədəki orbitlərdə düşmənin kəşfiyyat sistemlərini kor etmək imkanlarına malikdir.
Read More »Rusiya Gürcüstanla quru sərhədini açıb
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin koronavirusla əlaqədar Gürcüstana girişə qoyulan məhdudiyyətləri ləğv edən sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncam Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub. Yeni sənədə əsasən, məhdudlaşdırıcı tədbirlər artıq Gürcüstana səfər edən Rusiya Federasiyası vətəndaşlarına şamil edilmir. Qeyd edək ki, Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarı Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin …
Read More »Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib
“Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib. Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: “Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik …
Read More »Ərdoğan BƏƏ-yə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər keçmiş prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədardır. Qeyd edilir ki, Ərdoğan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşəcək.
Read More »Ukrayna Mariupolun müdafiəçilərinin xilası əməliyyatına başlayıb
Ukrayna Mariupolun müdafiəçilərini xilas etmək üçün əməliyyata başlayıb. Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, “Azovstal”ın yaralı əsgərləri işğal altındakı Novoazovskdakı xəstəxanaya təxliyə edilib. “Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə “Azovstal” zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıb. Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə …
Read More »Ukraynanın iki vilayətinə endirilən atəş nəticəsində 20 dinc sakin həlak olub
Ukraynanın Donetsk və Luqansk vilayətlərinə hücumlar nəticəsində bir gündə 20 dinc sakin həlak olub. Boyukmillet.com UNUAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Birləşmiş Qüvvələrin Qruplaşmasının xülasəsində deyilir. Qeyd edilir ki, qurbanlar arasında bir uşaq da var. Bildirilir ki, Rusiya ordusu bütün müdafiə zonası boyunca döyüş təyyarələrindən, reaktiv yaylım atəş sistemlərindən, iriçaplı top artilleriyasından, tanklardan, müxtəlif sistemlərin minaatanlarından istifadə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar