Ukraynanın Xarkov vilayətinin qadağan olunan kassetli sursatlarla atəşə tutulması əmrini Rusiya ordusunun general-polkovniki Aleksandr Juravlyov verib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı CNN yayıb. Bildirilib ki, onun əmri ilə Rusiya ordusu Ukraynanın ikinci ən böyük şəhəri sayılan Xarkovda yaşayış məhəllələrinə “Smerç” reaktiv yaylım atəş sistemindən kasset başlıqlı 300 mm mərmilərini atıb. Bu mərmilər futbol meydançası sahəsi ölçüsündə 72 döyüş …
Read More »Türkiyənin Parisdəki Baş Konsulluğuna əl bombası atılıb
Türkiyənin Fransanın paytaxtı Paris şəhərindəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, hücum zamanı konsulluğun binasının divarları və pəncərələri zədələnib, xəsarət alan olmayıb. Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tapmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb. Hücuma görə …
Read More »Rusiya Finlandiyanı hədələyib
“Finlandiyanın NATO-ya daxil olmasının lehinə çıxış edən ölkə Prezidenti Sauli Niinistö və Baş nazir Sanan Marinin bəyanatı Finlandiyanın xarici siyasətində köklü dəyişiklikdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Finlandiyanın NATO-ya mümkün üzvlüyünə dair bəyanatında əksini tapıb. “Onilliklər ərzində hərbi bloklara qoşulmama siyasəti Şimali Avropa regionunda sabitliyin əsasını təşkil edib, Finlandiya dövləti üçün etibarlı təhlükəsizlik səviyyəsini təmin edib …
Read More »Rusiya hərbçilərinin Kiyevdə dinc sakinlərə atəş açmasının görüntüləri yayılıb
CNN telekanalı Ukraynadakı Rusiya hərbçilərinin iki mülki vətəndaşı arxadan güllələdiyini əks etdirən video yayımlayıb. Boyukmillet.com xəbər verir ki, ölənlərin şəxsiyyəti müəyyənləşib. Məlum olub ki, həmin şəxslər 68 yaşlı mühafizəçi Leonid Plyats və hələ ki adı açıqlanmayan avtosalonun sahibidir. Belə ki, hadisənin anbaan görüntüləri paytaxt Kiyev yaxınlığında adı açıqlanmayan və kanalın balansında olan diler mağazasının ərazisində quraşdırılmış müşahidə kameralarında qeydə alınıb. CNN …
Read More »Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
Ermənistanın bir qrup ziyalısı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib. “Ermənistanın Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 may “Qələbə və Sülh bayramı” kimi qeyd olunur. Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin …
Read More »Ərdoğanın sözçüsü: “Müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri toqquşmalara səbəb olacaq”
“Müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri toqquşmalara səbəb olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın tviter səhifəsində yazıb. “Ukraynadakı müharibəni bitirmək və humanitar yardımı çatdırmaq üçün təşəbbüslərimiz davam edir. Artıq üçüncü ayına keçən savaşın davam etməsi kimsənin xeyrinə deyil”, – o bildirib.
Read More »Yerevan-Bakı dəmiryolunun 41 kilometrlik Mehri-Qafan hissəsi necə talan edilib?
“Azadlıq” radiosunun erməni xidməti Yerevan-Bakı dəmiryolunun talan edilməsi ilə bağlı süjet hazırlayıb. Boyukmillet.com xəbər verir ki, materialda Sovet dövründə Yerevan-Bakı dəmiryolunun 41 kilometrlik Mehri-Qafan hissəsinin sökülüb talan edildiyi qeyd edilir. Ermənistanın keçmiş nəqliyyat naziri Henrik Koçinyan deyib ki, Birinci Qarabağ müharibəsi zamanı Gürcüstan yolu işləmədiyinə görə, İran yolu daha da fəallaşıb: “1993-cü il Qafan və Xankəndi şəhəriləri İrandan gələn mazutla …
Read More »Hulusi Akar: “Pəncə-Kilid” əməliyyatında 73 terrorçu zərərsizləşdirilib”
İraqın şimalındakı “Pəncə-Kilid” antiterror əməliyyatında indiyədək 73 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə milli müdafiə nazir Hulusi Akar məlumat verib. O bildirib ki, türkiyəli hərbçilər üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. “Sərhədlərimiz milli məsələdir. Təəssüf ki, saxta xəbərlərlə, videolarla fərqli rəy yaratmağa çalışırlar”.
Read More »Zelenski döyüşlərdə fərqlənən azərbaycanlı hərbçiləri təltif edib
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur. …
Read More »Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Tehranda beynəlxalq şahmat turniri keçiriləcək
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar olaraq Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə may ayının 10-da Tehrandakı diplomatik nümayəndəliklərin iştirakı ilə beynəlxalq şahmat turniri təşkil olunacaq. Bu barədə Azərbaycan Respublikasının İrandakı Səfirliyindən bildirilib. Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və yarışın qalibləri xüsusi mükafatlarla təltif ediləcəklər. Turnirdə BMT-nin İran nümayəndəliyində, İqtisadi Əməkdaşlıq Təşklatının (ECO) Tehrandakı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar