Cümə axşamı , 19 Fevral 2026

Region

Türkiyə diplomatını öldürən erməni terrorçu İrəvanda saxlanılıb

Ermənistanın paytaxtı İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, A.Sasunyan 80-ci illərdə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana köçüb.

Read More »

Arestoviç: “Rusiya ilə uzun və qanlı münaqişəyə hazır olmalıyıq”

“Rusiya ilə uzun və qanlı münaqişəyə hazır olmalıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib. Onun sözlərinə görə, Rusiya Ukraynanın Qərb silahlarını lazımi miqdarda toplamasının qarşısını almaq üçün onları tükətməyə çalışır. “Bu, əks-hücum üçün qüvvə toplamağımıza mane olur. Müharibənin əvvəlində olduğu kimi heç bir təhlükə olmayacaq. Lakin biz uzun müddət mübarizə aparmalı və bütün …

Read More »

Ukrayna və Rusiya mayın 5-7-də atəşkəsə dair razılığa gəliblər

Ukrayna və Rusiya Azovstal ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini – müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk “RBC-Ukraina”ya deyib. Onun sözlərinə görə, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini və ərazini təxliyəyə hazırlamaq üçün istifadə edəcək. Nazirin sözlərinə görə, Ukrayna tərəfi yaralı əsgərlərin …

Read More »

Ermənistan müxalifəti sakinləri vətəndaş itaətsizliyinə çağırıb

“Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan ölkə vətəndaşlarını bu gün saat 12:00-dan 14:00-a kimi yenidən etiraz aksiyalarına və itaətsizliyə – yolları, küçələri bağlamağa çağırıb. Bu barədə “Boyukmillet.com“Ermənistan mətbuatına istinadən xəbər verir. “Saat 15:30-da bu meydana toplaşmalıyıq. Sabah (bu gün-red) Ermənistan Milli Məclisində hökumətlə sual-cavab sessiyası keçiriləcək. Saat 16:00-da Nikol (Baş nazir Paşinyan-red) Milli Məclisə gələcək. Onun istefasını tələb etmək üçün …

Read More »

Ukrayna paytaxtında 30-dan çox səfirlik fəaliyyətini bərpa edib

Ukraynanın paytaxtı Kiyevdə 30-dan çox səfirlik fəaliyyətini bərpa edib. Boyukmillet.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin mühafizəsi üzrə 22-ci briqadanın komandiri Vitali Stetsik deyib. Bu günə olan məlumata görə, 32 diplomatik nümayəndəlik Kiyevə qayıdıb. Hazırda Ukrayna hakimiyyəti onların müdafiəsini yaxşılaşdırmaq üçün tədbirlər görür. Stetsik, həmçinin əlavə edib ki, hərbi təcavüzün başlaması ilə Milli …

Read More »

Zelenski Rusiyaya qarşı tələblərini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya fevralın 24-dək olan sərhədlərə qayıtmalı və işğal altındakı Krımı qaytarmalıdır. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “The Wall Street Journal”ın təşkil etdiyi icraçı direktorların görüşündə videoformatda çıxış edərkən bildirib. Dövlət başçısı Rusiya Federasiyası ilə sülh danışıqlarının uğurlu olacağına da şübhə etdiyini bildirib. “Bizim danışıqlar qruplarımız öz iştirakçıları səviyyəsində qarşılıqlı fəaliyyət göstərir. Onlar …

Read More »

Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub. Boyukmillet.com xəbər verir ki, bu UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib. Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə …

Read More »

Ukrayna Baş Qərargahı: “Son sutkada Rusiyanın 300 hərbçisi zərərsizləşdirilib”

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 23 800 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 1 048 ədəd tankı, 2 519 ədəd zirehli döyüş maşını, 459 ədəd artilleriya sistemi, 152 ədəd RYAS-i (reaktiv yaylım atəş …

Read More »

Mövlud Çavuşoğlu: “Ukraynada müharibənin bitməsini istəməyənlər var”

“Biz düşünürük ki, müharibə davam etdikcə Ukrayna şəhərləri bombalanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki liderlə (Ukrayna və Rusiya – Red) telefon əlaqəsi saxlayır, yeganə məqsədi müharibəni dayandırmaq və onları görüşdürməkdir. Səylərimizi səmimiyyətlə davam etdiririk. Prezidentimiz də lazım olanda onlarla əlaqə saxlayır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib. “Onların …

Read More »

Türkiyə və Ermənistan arasında sərhəd xətti yenidən müəyyən ediləcək

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşündə qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar müzakirə olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib. “Sərhəd xəttinin yenidən müəyyən edilməsilə bağlı razılaşma var idi. Bu, necə olacaq? Məsələn, birgə komissiya yaradılacaqmı? Onlar Azərbaycanla birgə komissiya yaratmaq qərarına gəliblər”, – nazir əlavə edib. Xatırladaq …

Read More »