Cümə axşamı , 19 Fevral 2026

Region

Mövlud Çavuşoğlu: “Putinlə Zelenski görüşə bilər”

“Fikrimcə, Putinlə Zelenski görüşə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bu, hər iki liderin, xüsusilə Putinin “hə” deməsindən asılıdır. Əslində, o, “yox” deməyib. Doğrudur, son günlər baş verənlər gərginliyi bir az da artırıb. Tərəflərin görüşməsi üçün tələblər arasındakı fərq azalmalıdır. Bu istiqamətdə isə səylər davam edir”, – o bildirib. M.Çavuşoğlu həmçinin Türkiyə Prezidenti Rəcəb …

Read More »

Türkiyə XİN başçısı: “Ukraynada problem uzandıqca həlli çətinləşir”

“Ukraynada problem uzandıqca həlli çətinləşir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Təşəbbüslərimizin faydasını görürük. İstanbuldakı toplantı hər iki tərəfin də dediyi kimi, ən səmərəli müzakirə idi. Onlayn formatda müzakirələr davam edir. Önəmli məsələlər barədə fikir mübadiləsi aparılır. Amma Buça və İrpində baş verənlər durumu dəyişdi. Rusiya tərəfi fərqli açıqlamalar versələr də, bu, müzakirələrə mənfi təsir …

Read More »

Ukrayna MN: “Rusiyanın 19 900-ə yaxın hərbçisi zərərsizləşdirilib”

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 900-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib. Bundan başqa, hücum edən tərəfin 753 ədəd tankı, 1 968 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 64 hava hücumundan müdafiə sistemi, 160 …

Read More »

Çavuşoğlu: “Hərbi təyyarələr üçün hava məkanımızı bağlamışıq”

“Türkiyə beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edir. Əvvəldən bəri Rusiyanın Ukraynaya qarşı təcavüzünü qəbul etmədiyimizi bildirmişik. Bunu beynəlxalq platformalarda da söyləmişik. Digər tərəfdən, heç kəs buna “müharibə” demədiyi halda biz bunun müharibə olduğunu söyləyərək Montrö razılaşmasını tam tətbiq etdik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib. “Lakin Montrö razılaşmasına görə, hava …

Read More »

MDB XİN başçılarının növbəti iclasının yeri və tarixi açıqlanıb

Mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci İdarənin direktoru Mixail Yevdokimov bildirib. “Nazirlər Şurası ənənəvi olaraq ildə iki dəfə toplanır. İlkin olaraq bunlardan biri mayın 13-də Düşənbədə, ikincisi isə payızda, oktyabrın 13-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək”, – o deyib. Onun …

Read More »

Ukrayna Baş Qərargahı: “Ötən gün Rusiyanın səkkiz hücumu dəf edilib”

Rusiya Ukraynanın şərq sərhədi yaxınlığında aviasiya qruplaşmasını genişləndirir, artilleriya bölmələrini gücləndirir, mövcud idarəetmə, kəşfiyyat və tibb sistemlərini optimallaşdırmaqda davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya qüvvələri Xarkov, Donetsk və Zaporojye vilayətlərində hərbi və mülki infrastruktur obyektlərinə sistemli şəkildə raket və bomba zərbələri endirməkdə davam edir: “Düşmən Mərkəzi Hərbi Dairənin …

Read More »

BMT: “Ukraynada müharibə dünya əhalisinin 20 faizini aclığa düçar edə bilər”

“Ukraynada davam edən müharibə dünya əhalisinin 20 faizini aclığa düçar edə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş tviter səhifəsində yazıb. “Ukraynadakı savaş bəşəriyyətin beşdəbirindən çoxunu yoxsulluğa düçar edə bilər. Müharibənin insanlara təsirinin qarşısının alınmasının yeganə daimi həlli sülhdür”, – o bildirib. Qeyd edək ki, daha əvvəl müharibənin Ukraynadakı tədarük zəncirlərini pozması barədə məlumat yayılmışdı.

Read More »

Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı 197-yə yüksəlib

“Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 197 uşaq ölüb, 351-i müxtəlif dərəcədə yaralanıb”. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 548 uşaq xəsarət alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti …

Read More »

Çavuşoğlu: “Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”

“Ümumi məqsədlərimizə nail olmaq yolunda Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”. Bouyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı İlya Darçiaşvilinin təyinatı münasibətilə göndərdiyi təbrik məktubunda bildirib. XİN başçısı gürcüstanlı həmkarı ilə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün sıx əməkdaşlığa ümidvar olduğunu ifadə edib: “Qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrimizi daha da gücləndirmək üçün …

Read More »