Cümə axşamı , 19 Fevral 2026

Region

Prezident Ofisi: “Rusiya hərbçiləri Zelenskini öldürməyə çalışırlar”

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya hərbçiləri hələ də Volodimir Zelenskini öldürməyə çalışırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində danışıb. Arestoviçin sözlərinə görə, Rusiya hərbçiləri birbaşa Prezident Ofisinin yaxınlığında dörd dəfə atəş açıblar. Bundan əlavə, işğalçılar ali hərbi-siyasi rəhbərlikdən kimisə, xüsusən də Arestoviçin özünü kənarlaşdırmaq istəyirlər. “Sizin itaətkar xidmətiniz ilk beşlikdədir – bu, …

Read More »

Ukraynanın Nikolayev şəhərinə endirilən raket zərbəsi zamanı 12 nəfər ölüb, onlarla yaralı var

Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində 12 nəfər həlak olub, daha 34 nəfər yaralanıb. Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqramda məlumat verib. O qeyd edib ki, xilasetmə əməliyyatı davam edir. “Hələlik: 34 yaralı, 12 ölü”, – Kim yazıb. Hücum dünən baş verib. İlkin məlumatlara görə, hadisə …

Read More »

Ukrayna MN: “Rusiya 17 200 hərbçi itirib”

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Boyukmillet.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb. Bildirilib ki, indiyədək 17 200 hərbçi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 597 ədəd tankı, 1 710 ədəd zirehli döyüş maşını, 303 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə …

Read More »

Ukrayna MN: “Rusiyanın daha 8 təyyarə, 3 helikopter və 4 PUA-sı məhv edilib”

Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ məlumat yayıb. Boyukmillet.com-un xəbərinə görə, nazirlikdən bildirilib ki, ölkənin müdafiə qüvvələri şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində əməliyyatları davam etdirir. Rəsmi informasiyaya əsasən, son sutkada Rusiya qoşunlarının hər bir istiqamətdə hücumları dəf edilib: “Bəzi ərazilərdə qoşunlarımız uğurlu əks-hücum əməliyyatları keçirir. Qarşı tərəf məkrli şəkildə raket və bombalardan istifadə edir”. Ötən gün ərzində …

Read More »

Rusiya ordusunun daha 8 təyyarəsi Ukraynada vurulub

Bazar ertəsi, martın 28-də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketi məhv edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının bəyanatına istinadən xəbər verir. “Hərbi-Hava Qüvvələrinin aviasiyası müxtəlif istiqamətlərdə Rusiya ordusunun zirehli texnikasına və canlı qüvvəsinə zərbələr endirməkdə davam …

Read More »

Peskov: “Rusiya xeyriyyəçiliklə məşğul olmaq, Avropaya pulsuz qaz göndərmək niyyətində deyil”

“Rusiya xeyriyyəçiliklə məşğul olmaq və Avropanı öz təbii qazını pulsuz təmin etmək niyyətində deyil, Moskva Avropa İttifaqının bu cür tədarükü rublla ödəməkdən imtina edəcəyi təqdirdə vəziyyəti öyrənəcək və əlavə qərarlar qəbul edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Amerikanın “PBS” teleşirkətinin efirində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu fürsəti rədd edəndə nə baş verəcək, bilmirəm. Yekun qərardan xəbər tutan …

Read More »

Ukraynada Rusiyanın daha iki yüksək rütbəli hərbçisi öldürülüb

Martın 28-də Rusiya Silahlı Qüvvələrinin iki yüksək rütbəli hərbçisi Ukrayna ordusunun hərbçiləri tərəfindən məhv edilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb. Belə ki, 58-ci birləşmiş silahlı ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı alayının komandiri və qərargah rəisi öldürülüb. Qeyd edək ki, Rusiya Ukrayanaya hərbi müdaxilə etdikdən sonra itirdiyi hərbçilərinin sayı 17 mini ötüb. Ötən gün …

Read More »

Ukraynanın daha bir şəhəri işğaldan azad olunub

Ukraynanın paytaxtı Kiyevin ətrafındakı İrpen şəhəri Rusiya qüvvələrindən tam azad olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə şəhərin meri Oleksandr Markuşın teleqramda məlumat verib. Onun sözlərinə görə, hazırda şəhərdə Rusiya qüvvələrinin qalıqlarından təmizlənməsi işləri gedir: “Hazırda İrpenə qayıtmaq təhlükəlidir. Ukraynanın müdafiəçiləri yeni mövqelərdə möhkəmlənirlər”.

Read More »

Ermənistan qırıcı təyyarələrini Ukraynaya qarşı istifadə üçün Rusiyaya verib

İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Ukraynada Rusiya işğalına dəstək verir: döyüş təyyarələri və pilotlarını Rusiya ordusunun ixtiyarına verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” televiziya kanalı kəşfiyyat məlumatları əldə edib. Telekanalın əldə etdiyi məlumata görə, dörd ədəd Su-30 tipli döyüş təyyarəsi martın 25-də Ermənistandan qalxaraq Ukraynadan istifadə olunmaq məqsədilə Rusiyaya yola düşüb. Bundan əlavə, …

Read More »

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, qəza Ərzurum-Ərzincan magistral yolunda qeydə alınıb. İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb. İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qqüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisənin başvermə səbəbi açıqlanmır.

Read More »