Şənbə , 28 Sentyabr 2024

Region

TBMM-in deputatı: “Qarabağ müharibəsində Türkiyə-Azərbaycan həmrəyliyi türk dünyasına yayıldı”

“Bizim üçün önəmli olan Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin Qarabağ müharibəsindən sonra bütün türk dünyasında, bu coğrafi məkanda əks olunmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistanda keçirilən president seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib. “Biz bunu arzu edirik. Qardaşlığın, birlikdə olmağın nə qədər önəmli olması Qarabağ müharibəsində …

Read More »

Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır”

Türkiyədə PKK terrorçuları məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviterdəki səhifəsində yazıb. O, qeyd edib ki, Çukurcadan Hakkariyə keçən 2 terrorçu pilotsuz uçuş aparatı və quru əməliyyatı ilə öldürülüblər. Nazir PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılana xitabən “siçan kimi gizlənməsin, onun da növbəsi çatır”, – deyə sosial şəbəkədə yazıb. Xatırladaq ki, 1984-cü …

Read More »

Türkiyədə silahlı hücum zamanı 5 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub. Boyukmillet.com bu barədə “Habertürk”ə istinadən xəbər verir. Qeyd edilir ki, hadisə İstanbulda qeydə alınıb. Bəyoğlu rayonunda restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs (və ya şəxslər-red) ərazidən uzaqlaşıb. Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı …

Read More »

Moskvada Müslüm Maqomayevə həsr olunan gecə təşkil edilib

Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsrin Orfeyi” adlı təntənəli gecə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Moskva vilayəti Azərbaycanlılarının …

Read More »

Naxçıvanın turizm potensialının nümayişi üçün mediatur təşkil olunub

Oktyabrın 21-22-də Dövlət Turizm Agentliyi (DTA) və Naxçıvan MR-nın Turizm Departamentinin birgə təşkilatçılığı ilə mediatur keçirilib. Bu barədə DTA-dan məlumat verilib. Mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir. Mediaturda iştirak edən Agentliyin sədri Fuad Nağıyev Naxçıvanın turizm potensialının və tarixi-mədəni irsinin beynəlxalq və …

Read More »

Türkiyə kəşfiyyatı İraqda əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, MİT Metina məntəqəsində iki əməliyyat gerçəkləşdirib. Əməliyyat nəticəsində bölgədə təhlükəsizlik qüvvələrinə hücuma hazırlaşan PKK-nın 5 terrorçusu zərərsizləşdirilib. Qeyd edilir ki, Türkiyə kəşfiyyat xidmətləri İraqın şimalında əməliyyatlarını davam etdirir. Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını …

Read More »

Erməni deputat: “Ermənistan ordusunda aparılan islahatların mahiyyəti aydın deyil”

“İkinci Qarabağ müharibəsində məğlubiyyətin səbəblərini anlamaq, təhlil etmək üçün Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahına rəsmi məktublar göndərmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu “Mənim şərəfim” parlament fraksiyasının deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Tiqran Abramyan feysbuk səhifəsində yazıb. O, dövlət qurumlarının cavabından razı qalmadığını bildirib: “Müdafiə Nazirliyinin cavabında təhlilin hələ başa çatmadığı vurğulanıb. Amma həm də qeyd olunub ki, strukturda əsaslı islahatlar aparılır. …

Read More »

Rustavi şəhər merinin müavini: “Güclü Azərbaycan güclü Gürcüstan deməkdir”

“Rustavini azərbaycanlı bacı və qardaşlarımızla birgə qurmuşuq və şəhərin inkişafına töhfə vermişik”. Boyukmillet.com xəbər verir ki, bunu Rustavi şəhər merinin müavini David İşxneli Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə ilə keçirilən marafonun mükafatlandırılma mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, gürcülər azərbaycanlılarla dostluğa böyük dəyər verir: “Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm. Dost və qardaş xalqa inkişaf və tərəqqi …

Read More »

Naxçıvanda “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilib – FOTOLAR

Muxtar respublikanın iqlim şəraiti, zəngin bitki örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Bu gün dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası …

Read More »

Ərdoğanla Angela Merkel arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb. Boyukmillet.com xəbər verir ki, liderlər İstanbulun Huber malikanəsində bir araya gəliblər. Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, regional məsələlər, həmçinin miqrasiya va qaçqınlar problemi müzakirə olunub. Prezident və kansler malikanənin eyvanından İstanbul boğazını izləyiblər. R.T.Ərdoğan A.Merkelə boğaz haqqında məlumat verib. Onlar, həmçinin sahildəki vətəndaşları, o cümlədən jurnalistləri salamlayıblar. Liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.13:18 …

Read More »