Şənbə , 14 Fevral 2026

Region

Bu gün Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənə bilər

Rusiyaya qarşı yeni sanksiyalar martın 14-də təsdiqlənə bilər. Boyukmillet.com xəbər verir ki, bu gün Avropa İttifaqına üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin yekunlaşdırılması və təsdiqlənməsi gözlənilir. Artıq Avropa Komissiyası və Avropa Xarici Siyasət Xidməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hazırlanmış yeni sanksiyalara dair təkliflərini təqdim ediblər. Bundan əvvəl Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen …

Read More »

Ukraynada Rusiyanın daha dörd qırıcısı vurulub

Martın 13-də Ukrayna hərbçiləri Rusiya ordusunun dörd döyüş təyyarəsini, üç helikopterini və bir dronunu məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. “Martın 13-də gün ərzində dövlətin hava hücumundan müdafiə qüvvələri işğalçıların dörd təyyarəsini, üç helikopterini və bir pilotsuz uçuş aparatını vurub. Xüsusən də Kiyev vilayətində strateji istiqamətlərdən birində düşmənin Su-35, …

Read More »

Ukrayna Prezidenti Rusiya ilə danışıqların məqsədini açıqlayıb

“Rusiya ilə danışıqların məqsədi effektiv zəmanətlər əldə etməkdir”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var – Prezidentlərin görüşünün keçirilməsi üçün hər şeyi etmək. İnsanların bu görüşü səbirsizliklə gözlədiyinə əminəm. Bizim məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, mürəkkəb danışıqlar işində Ukrayna lazımi nəticəni alsın. Bu da bizim üçün zəruridir. Sülh və təhlükəsizlik …

Read More »

Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq

Rusiya və Ukrayna arasında aparılan danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir, martın 14-də ilkin nəticələrin çıxarılması üçün Moskva və Kiyev arasında danışıqlar aparılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib. “Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Problemlərin geniş spektri daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də …

Read More »

Türkiyə XİN rəhbəri: “Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir”

“İkinci Qarabağ müharibəsi bitdikdən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, Azərbaycan və Türkiyə olaraq gücümüzü sülh və sabitlik üçün birləşdirdik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir. “Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla …

Read More »

Çavuşoğlu: “Ermənistanın XİN başçısı Azərbaycanla sülh müqaviləsində maraqlı olduğunu bildirdi”

“Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da təkbətək görüş keçirdik. Erməni həmkarımla danışıq zamanı Azərbaycanla sülh müqaviləsinin bağlanması gündəmdə olan məsələlərdən idi” Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun yekununa dair mətbuat konfransında Azərbaycan mediası nümayəndələrinin suallarını cavablandırarkən bildirib. Nazir qeyd edib ki, görüş zamanı Ermənistanın XİN başçısı …

Read More »

Zelenski Rusiyanın Qərbə qarşı müharibəyə başlayacağı barədə xəbərdarlıq edib

Şənbə günü – martın 12-də razılaşdırılmış və işlək bütün humanitar dəhlizlər üzrə daha 12 729 nəfər təxliyə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “Razılaşdırılan bütün humanitar dəhlizlər işləyib. Biz bu gün (dünən-red) 12 729 nəfəri çıxara bildik. Mariupol üçün humanitar yük sabah (bazar günü – red.) günorta olmalıdır. Marşrutun mürəkkəbliyinə görə Berdyanskda gecələmək lazım …

Read More »

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı 1 717 hərbi cinayət işi araşdırılır

Rusiyanın Ukraynada törətdiyi 1,7 mindən çox hərbi cinayət işi araşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə baş prokuror İrina Venediktova feysbuk sosial şəbəkəsində məlumat yayıb. “Prokurorluq bizim ərazimizdə Rusiya Federasiyasının hər bir hərbi cinayətini qeydə alır. Hazırda 1 717 cinayət işi araşdırılır”, – baş prokuror bildirib. Bunlardan 1 059-u müharibə qanunlarının və qaydalarının pozulması, 658-i isə digər cinayətlərə aiddir. Venediktova, …

Read More »

Gürcüstan ordusu NATO ilə birgə təlim keçirəcək

Bu ilin martın 20-dən 25-dək “NATO-Gürcüstan-2022” adlı birgə təlim keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Çoxmillətli təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək. NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) təşkil olunacaq təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazım olan bacarıqlarını inkişaf etdirəcəklər. Təlimlər Gürcüstan və NATO-ya üzv …

Read More »

Kanada Rusiyaya qarşı sanksiyalara qoşulub

Kanada Rusiyadan neft məhsullarının idxalını dayandırıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, anti-Rusiya sanksiyası çərçivəsində Kanada hökuməti Rusiyadan neft məhsullarının idxalına qadağa qoyub. Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qoşun yeridib. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı buna etiraz olaraq Rusiyaya qarşı sanksiya tətbiq edib. Sanksiyalara əsasən, Rusiyadan neft və qaz idxalı qadağan olunub.

Read More »