Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqları müsbət qiymətləndirib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, o, demək olar, hər gün davam edən danışıqlarda pozitiv irəliləyiş olduğunu deyib. “Mən sizə Ukrayna istiqamətində vəziyyət və ilk növbədə, indi demək olar ki, hər gün aparılan danışıqların necə getdiyi barədə mütləq məlumat verəcəyəm. Müəyyən müsbət irəliləyişlər var, bizim tərəfimizdən danışıqlar aparan tərəflər mənə məlumat verdi. …
Read More »Müharibənin Ukraynaya vurduğu ziyan 100 milyard dolları ötüb
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəyə 100 milyard dollardan çox ziyan vurub”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib. Müşavir deyib ki, müharibədən sonra ölkəni uzun bərpa prosesi gözləyir. Ustenkonun sözlərinə görə, vəziyyət əslində hər kəsin təsəvvür edə biləcəyindən daha ağırdır: “Bütün dünyada Rusiya nefti və qazına tam embarqo tətbiq edilməlidir. Bu, qan puludur”. Zelenskinin müşaviri, …
Read More »Ərdoğanla Bayden Ukraynadakı son vəziyyəti müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb. Söhbət zamanı Rusiyanın Ukraynaya hücumu da daxil olmaqla regional hadisələr, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib. Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin tərəflər arasında vasitəçi olmasının vacibliyini …
Read More »Rusiya XİN başçısı nüvə müharibəsindən danışıb
“Biz Ukraynanın silahlandırılmasını həmin ölkələrin özü üçün təhdid hesab edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib. “Çünki Ukraynaya təhlükəli silahlar verilir. Bu silahlar onların özünə qarşı da istifadə edilə bilər. Bizim NATO ölkələrinə qarşı hansısa planımız yoxdur. Böyük Britaniya Baş naziri …
Read More »Azərbaycanlıların təxliyəsi üçün Moldovaya xüsusi heyət göndərilib
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. Ümumilikdə, 5 000-dən çox …
Read More »Bu gün dünyanın gözü Antalyada olacaq
Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bu gün ilk dəfə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, XİN başçılarının danışıqları Türkiyənin Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində baş tutacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ev sahibi kimi görüşdə iştirak edəcək. Məlumata görə, tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər. …
Read More »Volodimir Zelenski Avropa ölkələrinə xəbərdarlıq edib
“Biz Rusiyaya qarşı müharibəni tək dayandıra bilmərik. Bunun üçün dünya xalqları gec olmadan birləşməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky nyus”a müsahibəsində deyib. O bildirib ki, Qərb dövlətləri mütləq Ukraynanın hava məkanını bağlamalıdır. Dövlət başçısı söyləyib ki, bunu tez bir zamanda etmək lazımdır: “Əgər bunu indi eləməsəniz, sonra gec olacaq və durum daha da pisləşəcək. İnanın …
Read More »Azərbaycan vətəndaşlarının Naxçıvana səfəri üçün İranla sənəd imzalanacaq
Azərbaycan vətəndaşlarının İran ərazisindən istifadə etməklə Naxçıvana səfəri üçün qonşu ölkə ilə Anlaşma Memorandumu imzalayacaq. Boyukmillet.com xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi bildirib. O, bu barədə sabah keçiriləcək Azərbaycan-İran Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl açıqlama verib. “Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından …
Read More »Ukrayna Prezidenti Qərbin bəzi liderlərini cəsarətsiz adlandırıb
Prezident Volodimir Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarına ölkənin hərbi əməliyyatların davam etdiyi bütün regionlarındakı vəziyyət barədə məlumat verib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, xalqa və beynəlxalq ictimaiyyətə növbəti müraciətində bildirib. “Bu gün (dünən-red) mən Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə, Böyük Britaniyanın Baş naziri Boris …
Read More »Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə iri miqyaslı hücuma başlayıb
Rusiya hərbçiləri Ukraynanın Nikolayev şəhərinə 3 istiqamətdə iri miqyaslı hücuma keçib. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya hərbçiləri şəhərə əsasən Xerson şəhəri tərəfdən, Nikolayev aeroportu istiqamətində hücuma başlayıblar. Rusiya ordusuna məxsus digər hərbi qrup Krovoqrad şəhəri istiqamətində, başqa qrup isə Baştanka adlanan ərazi istiqamətində hücuma keçib. Şəhər mühasirəyə alınıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya hərbçilərinə qarşı ciddi müqavimət göstərır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar