Ukraynanın paytaxtı Kiyev ətrafına şiddətli artileriya atəşləri davam edir. Boyukmillet.com xəbər verir ki, ötən axşamdan Rusiya Silah Qüvvələrinin hücumları ilə müşayiət olunan paytaxtın şimal-qərb, şimal-şərq və şərq istiqamətində hələ də atəş səngiməyib. Ağır artilleriya atəşləri paytaxtın mərkəzində də aydın eşidilir. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi martın 7-də yerli vaxtla saat 10.00-dan etibarən Ukraynada sükut rekimi elan etdiyini açıqlayıb.
Read More »Ukraynanın şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub
Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub. Bu barədə “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev Şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saat 05.30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər “Qrad” atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb. Azərbaycanlılar vaxtında …
Read More »ATƏT Ukraynanı tərk edir
ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Xüsusi Monitorinq Missiyasının hesabatında deyilir. “Misiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi prosesi demək olar, başa çatıb. Son qrup – missiyanın rəhbəri və yüksək səviyyəli rəhbərlik indi Ukraynanı tərk edəcək”, – hesabatda deyilir. Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq ölkədən gediblər. “Əvvəllər Kramatorsk və Severodonetskdə yerləşən missiyanın …
Read More »Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın “Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək. Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə – Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. …
Read More »Ukrayna ordusu: Rusiya müharibədə 88 hərbi təyyarə və helikopter itirib
Rusiya ordusunun Ukrayandakı müharibə zamanı aviasiya texnikasının itkisi 44 təyyarə və 44 helikopterdir. “Boyukmillet.com” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Qeyd edilir ki, dünən Rusiya ordusu Ukrayna ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən itkiyə məruz qalıb. Xüsusən üç helikopter Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz piyadası tərəfindən vurulub. Xatırladaq ki, fevralın 24-də …
Read More »Putin Rusiyaya sanksiyalar tətbiq edən ölkələrin siyahısını hazırlamağı tapşırıb
Rusiya Prezidenti Vladimir Putin hökumətə iki gün ərzində Rusiyaya, onun şirkətlərinə, təşkilatlarına və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısını tərtib etməyi tapşırıb. “Boyukmillet.com” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının fərmanında deyilir. “Rusiya Federasiyası hökuməti iki gün müddətində Rusiya Federasiyasına, Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını müəyyən etsin”, – məlumatda …
Read More »Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb
Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb. Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan “Report”a bildirilib ki, şəhərdə vəziyyət ağır olaraq qalmaqdadır. “Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib. Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu kənd adminstrasiyası ilə …
Read More »G7 ölkələrinin XİN başçıları Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb
G7 (Böyük Yeddilik”) ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb. “Boyukmillet.com”un məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yerləşdirilən bəyanatda deyilir. “Rusiya dinc əhaliyə kəskin təsir göstərən və mülki infrastrukturu dağıdılan Ukraynaya qarşı uzunmüddətli hücumunu dərhal dayandırmalı və hərbi qüvvələrini dərhal geri çəkməlidir. Prezident Putin …
Read More »NATO-nun Baş katibi: “Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalıdır”
“Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalı və dərhal diplomatiya yoluna qayıtmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Alyans Ukraynaya dəstəyini artırıb: “Bu gün ciddi bir böhranla üz-üzəyik. Bizim əsas vəzifəmiz üzvlərimizin təhlükəsizlyini təmin etməkdir. …
Read More »Putin qonşu ölkələri vəziyyəti gərginləşdirməməyə çağırıb
Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrə müraciət edib. Boyukmillet.com “Ria Novosti”yə istinadən xəbər verir ki, o, qonşu ölkələri vəziyyəti gərginləşdirməməyə və məhdudiyyətlər tətbiq etməməyə çağırıb. “Rusiya üzərinə düşən öhdəliklər yerini yetirir və bundan sonra da yetirəcək” – deyə, dövlət başçısı bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar