Cümə axşamı , 2 Aprel 2026

Region

Rus ordusu Ukraynada neft anbarını vurub

Kiyev vilayətinin Vasilkov şəhərində yerləşən neft anbarı Rusiya ordusu tərəfindən vurulub. Boyukmillet.com  “UNİAN”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç məlumat verib. Onun sözlərinə görə, yanğın hazırda davam edir. “Yanğından çıxan tüstü və zərərli maddələr istənilən istiqamətə gedə bilər, ona görə də vətəndaşlardan pəncərələri bağlamağa çağırırıq”, – Ukraynanın Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidməti bildirib

Read More »

Kiyev səmasında Rusiyanın iki desant təyyarəsi vurulub

Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri üzərində Rusiya Silahlı Qüvvələrinə məxsus iki İL-76 təyyarəsini vurub. Boyukmillet.com-un məlumatına görə, bu barədə deputat Qalina Tretyakova məlumat verib. Təyyarələrdə desantların olduğu ehtimal edilir. Ödürülən rus hərbçilərin sayı və kimliyi məyyənləşdirilir.

Read More »

Xocalı qurbanlarının Gürcüstandakı yaxınları ziyarət olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə yaşayan Xocalı soyqırımı qurbanlarının yaxınlarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Çıldırlı ailəsini ziyarətdə hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov və səfirliyin məsul əməkdaşları iştirak ediblər. Öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səfir faciənin 30-cu ildönümü ilə bağlı ailə üzvlərinə və …

Read More »

Ukrayna DİN: “Kiyevdə Rusiyanın daha bir hərbi təyyarəsi vurulub”

Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub. Xatırladaq ki, fevralın 24-də Ukrayna …

Read More »

Ukrayna Rusiyanın itkilərinin sayını açıqlayıb

Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisi təxminən 400 nəfər təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. “İlkin hesablamalara görə 400 nəfərə yaxın rus hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb”, – Arestoviç vurğulayıb. O, həmçinin bildirib ki, Birgə Qüvvələr Əməliyyatı zonasında, …

Read More »

Müharibənin ilk günü – FOTOREPORTAJ

Fevralın 24-də Rusiya Silahlı Qüvvələri və onun dəstəklədiyi separatçı qüvvələr Ukrayna ərazisinə həm şərq, həm cənub, həm də şimaldan – Belarus ərazisindən hücum edib. Nəticədə onlarla ukraynalı hərbçi və dinc sakin həlak olub. Boyukmillet.com Rusiyanın Ukrayna işğalının ilk günündən fotoreportajı təqdim edir:

Read More »

Türkiyə XİN: “Rusiyanı hərbi əməliyyatları tezliklə dayandırmağa çağırırıq”

“Rusiyanı hərbi əməliyyatları tez bir zamanda dayandırmağa çağırırıq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəbuledilməz hesab edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Bu hücum Minsk razılaşmasının pozulması ilə yanaşı, həm də beynəlxalq hüquqa ziddir. Eyni zamanda hücum region və dünya üçün ciddi təhddir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edən Türkiyə sərhədlərin güc yolu ilə …

Read More »