Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı azərbaycanlı gənclərə çağırış edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Gənclər, “Mənim də bir ideyam var” deyirsinizsə, mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında iştirak üçün müraciət edin. Qeydiyyat fevralın 17-də bitir. Gözləyirik!”, – diplomat bildirib.
Read More »Ermənistanda əsgərlər mövqelərdən yoxa çıxıb
Ermənistanda iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır. Vahe Manukyan 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi …
Read More »Türkiyə Silahlı Qüvvələri Suriyada 8 terrorçunu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin daha 8 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, silahlılar hücumlar təşkil etmək üçün “Barış Pinarı” və “Fərat Qalxanı” antiterror əməliyyatları zonasına soxulmağa cəhd ediblər. PKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.
Read More »İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır
“Rəsmi Tehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa Əl-Kazimi ilə telefon danışığı zamanı deyib. Onun sözlərinə görə, regionun bütün problemləri həll oluna bilər: “İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir. Əgər səudiyyəlilər bunu qarşılıqlı anlaşma və hörmət mühitində …
Read More »İran nüvə sazişi üzrə danışıqlarda irəliləyişin olduğunu qeyd edib
“Vyanada nüvə sazişinin bərpasına dair danışıqlarda ayrı-ayrı müsbət irəliləyişlər müşahidə olunur, lakin hələlik nəticələr Tehranın gözləntilərini doğrultmur”. Boyukmillet.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrellə telefon danışığı zamanı deyib. Diplomatın sözlərinə görə, dialoq indi mühüm mərhələyə çatıb: “Danışıqların əvvəlki raundundan sonra müəyyən müsbət irəliləyişlər oldu, …
Read More »Türkiyənin səhiyyə naziri Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib
Koronavirusun “omikron” ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb. Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur. Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun “omikron” ştamına yoluxublar. Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.
Read More »Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu Suriyada daha 14 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat Suriyanın şimalında iki əməliyyat zonasında aparılıb. Suriya ərazisində cinayətkar təşkilatlara qarşı aktiv mübarizə davam edir.
Read More »Ərdoğan “Omikron”a YOLUXDU
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı sosial şəbəkə hesabında məlumat yayıb. “Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testinin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, – Prezident bildirib.
Read More »Gürcüstanda tapılmış qalıqların azərbaycanlı repressiya qurbanına məxsusluğu araşdırılır
Gürcüstanın Batumi şəhəri yaxınlığında yerləşən Xelvaçauri rayonunda yeni aşkarlanmış kütləvi məzarlıqdakı 29 nəfərin qalıqlarının identifikasiyası aparılacaq. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı repressiya qurbanı Ələkbərov Hüseyn Ələkbər oğlunun da qalıqlarının bu məzarlığa aid olduğu ehtimal edilir. Belə ki, 15 mart 1938-ci il tarixli aktda barəsində güllələnmə qərarı çıxarılmış insanların sayı da məhz 29 təşkil edir. H.Ələkbərov siyahıda beşinci yerdədir. Məzarıqla bağlı bir …
Read More »Ermənistan müxalifəti prezidentliyə namizəd irəli sürməyəcək
Ermənistan müxalifəti boş qalmış prezidentlik postuna namizəd irəli sürməmək qərarına gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb. Nəşr müxalifət bloklarının bu gün birgə bəyanatla çıxış edəcəyini də iddia edir. Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar