Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, hadisə Milasda baş verib. Qəza zamanı mikroavtobusda olan 21 şagirddən 12-si xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib, yaralılardan 11-i Milas Dövlət Xəstəxanasına, 1-i isə özəl tibb müəssisəsinə çatdırılıb. Qəzanın başvermə səbəbləri açıqlanmır.
Read More »Türkiyə xarici işlər nazirinin müavini bu gün Rusiyaya səfər edəcək
Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı bu gün Rusiyaya səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı (QDİƏT) rusiyalı həmkarlarla məsləhətləşmələr aparmaqdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Türkiyənin təşəbbüsü ilə yaradılmış Qara dəniz regionunun və Cənubi Balkanların 12 dövlətinin regional iqtisadi birliyidir. QDİƏT üzvləri Rusiya, …
Read More »Türkiyə ordusu Suriyada 43 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu son 2 gündə Suriyanın şimalında 43 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat “Barış Pinarı” və “Fərat Qalxanı” zonalarında aparılıb. Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin bölmələri Əl-Bab bölgəsində terrorçular tərəfindən 9 dinc sakinin öldürülməsinə cavab olaraq əməliyyat təşkil edib. Türkiyə bölgədə sabitliyi pozmağa çalışan PKK/YPG ilə qətiyyətlə mübarizəni davam etdirəcək.
Read More »Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib
Türkiyə Böyük Millət Məclisi (TBMM) “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib. Bəyannamə TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılıb, komissiya tərəfindən yüksək qiymətləndirilib, zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib. Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat səs verib. Şuşa Bəyannaməsinə əsasən tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin …
Read More »Azərbaycan-Ermənistan dəmiryolu əlaqəsinin yeni operatoru “Rusiya Dəmir Yolları” olacaq
“Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru “Rusiya Dəmir Yolları” ASC olacaq”. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazir müavini Mqer Qriqoryan hökumətin iclasında çıxışı zamanı bildirib. Qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilmiş görüş zamanı Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun çəkilməsi barədə razılığın əldə olunduğunu bildirmişdi. Söhbət …
Read More »Paşinyan: “Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır”
“Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır”. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.
Read More »Ərdoğan Ukraynada Krım tatarlarının vəziyyətini də müzakirə edəcək
“Ukraynada keçirəcəyim görüşlərdə Krım tatarlarının vəziyyətini də müzakirə edəcəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, son illərdə Türkiyə-Ukrayna əlaqələri hərtərəfli şəkildə inkişaf edib. Dövlət başçısı vurğulayıb ki, inkişaf əsasən ticarət, sərmayə, turizm və müdafiə sənayesi sahələrində qeydə alınıb: “Bölgədə yaşanan hadisləri izləyirik. Ukraynanın ərazi …
Read More »Ukrayna və Türkiyə arasında 12 saziş imzalanacaq
Fevralın 3-də Ukrayna və Türkiyə arasında Azad Ticarət Zonası Sazişi də daxil olmaqla 12 dövlətlərarası saziş imzalanacaq. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıxal Nazirlər Kabinetinin iclasında bildirib. Onun sözlərinə görə, imzalanmış sənədlər iki ölkə arasında həm iqtisadiyyat, həm də yüksək texnologiyalar sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldıracaq. İclas zamanı Ukrayna hökuməti Türkiyə ilə Azad Ticarət …
Read More »İstanbuldan İrəvana təyyarə qalxıb
İstanbulun Sabiha Gökçən hava limanından İstanbul-İrəvan marşrutu üzrə ilk uçuş həyata keçirilib. Təyyarə İstanbuldan yerli vaxtla 23:55-də İrəvana doğru hərəkətə keçib. Boyukmillet.com xəbər verir ki, təyyarənin göyərtəsində İrəvana uçmaq istəyən 107 nəfər var ki, onlardan 7-si Türkiyənin başqa şəhər və bölgələrindən, 48 nəfər isə xarici ölkələrdən İstanbula gəlib. Digər sərnişinlərin böyük əksəriyyəti İstanbulda yaşayan Ermənistan vətəndaşlarıdır. Qeyd edək ki, iki …
Read More »Şimali Kipr Türk Respublikasının Prezidenti koronavirusa yoluxub
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar koronavirusa yoluxub. Boyukmillet.com xəbər verir ki, onun testinin nəticəsi pozitiv çıxıb. O, özünü yaxşı hiss etdiyini, infeksiyanın qripə oxşadığını deyib. Qeyd edək ki, 61 yaşlı E.Tatar 2020-ci ildən Şimali Kipr Türk Respublikasının Prezidentidir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar