“Qış qartalı” əməliyyatında xeyli terrorçu zərərsizləşdirildi. Hazırda vəziyyəti yaxından izləyirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə Silahlı Qüvvələrinin İraqın şimalı və Suriyada keçirdiyi “Qış qartalı” əməliyyatından danışarkən deyib. “Qarşıdakı saatlarda, günlərdə əməliyyatın nəticələri ilə bağlı məlumatları kəşfiyyat kanallarından və digər mənbələrdən alacağıq”, – o bildirib. H.Akar həmçinin terrorla mübarizənin uğurla davam etdiyini vurğulayıb: …
Read More »NATO generalı Gürcüstana səfər edib
NATO-nun Birgə Qüvvələr Təlim Mərkəzi (JFTC) komandanın müavini, Baş Qərargahın rəisi briqada generalı Cozef Spişak Gürcüstana işgüzar səfər edib. NATO generalı Vaziani Hərbi Hazırlıq Mərkəzinə baş çəkib və infrastrukturla tanış olub. C.Spişak həmçinin mərkəzdə keçirilən həftəlik kursun çöl komponentini müşahidə edib. General səfər çərçivəsində Gürcüstan Müdafiə Qüvvələri komandanlığının nümyəndələri ilə də görüş keçirib. Tərəflər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) potensialının …
Read More »Ukrayna Hərbi Dəniz Donanması Qara dənizdə təlim keçirib
Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının tağımları ölkənin cənubunda kompleks plana uyğun hərbi təlimlər keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyatı İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı üzrə planlaşdırılmış kompleks təlimləri Ukraynanın cənubunda, Qara dənizdə keçirilib. Təlimlərə Hərbi Hava Qüvvələri də cəlb olunub.
Read More »Ermənistan Prezidentinin səlahiyyətlərinin dayandırılması barədə protokol təsdiqlənib
Ermənistan parlamentinin sədri Alen Simonyan Prezident Armen Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı protokolu imzalayıb. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bununla da A.Sarkisyanın istefa ərizəsi qəbul olunub. Qeyd edək ki, A.Sarkisyan yanvarın 23-də ölkə parlamentinə istefa ərizəsi göndərib.
Read More »Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, onlarla yaralı var
Türkiyədə ağr yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” xəbər yayıb. Məlumata görə, hadisə Tokat şəhərində qeydə alınıb. Belə ki, sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Əraziyə təcili yardım maşnları cəlb edilib və yaralılar xəstəxanalara çatdırılıb. Qeyd edilir ki, qəzaya güclü qar və yolların bu bağlaması səbəb olub. Sürücü əlverişsiz hava şəraitində …
Read More »Ermənistan Prezidentinin istefa ərizəsi qüvvəyə minib
Ermənistan Prezidenti Armen Sarkisyanın istefa ərizəsi qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, “Parlamentin reqlamenti haqqında” qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir. Ermənistan prezidentinin administrasiyası ərizəni geri götürüldüyünü açıqlamayıb. Xatırladaq ki, yanvarın 23-də Armen Sarkisyan ölkə parlamentinə istefa ərizəsi göndərib.
Read More »Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, tərəflər Rusiyanın təhlükəsizliyinin təmini ilə bağlı təkliflərinə ABŞ və NATO-nun yanvarın 26-da göndərdikləri yazılı cavabı müzakirə ediblər.
Read More »Qırğızıstan Prezidenti Tacikistanla sərhəddə vəziyyətlə bağlı vətəndaşlara müraciət edib
Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxladığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb. “Əziz qırğızıstanlılar! Sərhəddəki vəziyyət tamamilə mənim nəzarətimdədir. Allah qoysa, hər şeyi danışıqlar yolu ilə, sülh yolu ilə həll edəcəyik. Narahat olmayın”, – ölkə lideri sosial şəbəkədə yazıb. Qeyd edək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra …
Read More »Qazaxıstan parlamenti Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edib
Qazaxıstan Parlamentinin Senatı (Yuxarı palata) cümə axşamı respublikanın birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğv olunması ilə bağlı düzəlişləri qəbul edib. TASS-a istinadən xəbər verir ki, iclas qanunverici orqanın saytında yayımlanıb. Yanvarın 19-da düzəlişləri parlamentin aşağı palatası olan Milli Məclisin deputatları təsdiqləyib. Beləliklə, Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına rəhbərlik etmək hüququ verilən müddəalar …
Read More »Ermənistanda iqtidar və müxalifət deputatları bir-birilərini təhqir ediblər
Ermənistan parlamentində hakim “Vətəndaş razılaşması” fraksiyasının sədri, deputat Sisak Qabrielyanla müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Ruben Akopyan bir-birilərini küçə söyüşü ilə təhqir ediblər. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, hadisə parlamentdə Teleradio Şurası üzrə Milli Komissiyada vakant yerə müxalifətin nümayəndəsinin namizədliyi müzakirə olunan zaman baş verib. Müzakirə parlamentin elm, təhsil, mədəniyyət, idman, diaspor və gənclər daimi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar