Şənbə , 28 Sentyabr 2024

Region

Rusiyada terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin Adıgey Respublikasında terror aktının qarşısını alıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış törətməyə hazırlaşan İŞİD üzvü həbs olunub. Adı açıqlanmayan şəxsin əslən Mərkəzi Asiya regonundan olduğu bildirilib. Həmin şübhəli respublika ərazisində əhalinin sıx olduğu yerə hücum etməyi planlaşdırırmış. Onun yaşadığı mənzildən əldəqayırma partlayıcı, İŞİD-in bayrağı, Adıgeyin paytaxtı Maykopun xəritəsi, üzərindən isə saxta …

Read More »

Sabahdan Gürcüstanda bir sıra məhdudiyyətlər ləğv edilir

Sabahdan Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) bağlı bir sıra məhdudiyyətlər ləğv edilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sabahdan idman zalları və fitnes mərkəzləri açılır, ali təhsil müəssisələrində və kolleclərdə tam əyani təhsilə, auditoriyalarda mühazirələr oxunmasına icazə verilir. Məktəblərdə dərnəklər də bazar ertəsindən fəaliyyətə başlayır. Teatr, idman klubları və peşəkar ansambllar da sabahdan məşqlərə başlaya biləcək, aprelin 1-dən isə tam fəaliyyətə …

Read More »

Ermənistan ordusunda HƏBSLƏR : 12500 hərbçiyə cinayət işi açıldı, 2-si yüksək vəzifəli olmaqla 180 nəfər həbs olundu…

Ermənistanda Qarabağ müharibəsi ilə əlaqədar 1500 cinayət işi açılıb. Boyukmillet.com xəbər verirki, bu haqda erməni mediası məlumat yayıb.  Məlumata görə, Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində aparılan cinayət işlərində 12500-dən çox şəxsin adı keçir. “Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox şəxs məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli …

Read More »

Ermənistan müxalifəti bu gün Paşinyanın qarşısını kəsməyə çalışacaq

Ermənistanın müxalifətinin cəmləşdiyi “Vətənin qurtuluşu üzrə hərəkat”ın fəalları bu gün yerli vaxtla saat 12:00-da Xarici İşlər Nazirliyinin binası qarşısında toplaşacaq. Bu barədə Boyukmillet.com “News.am”a istinadən xəbər verir. Qeyd edilir ki, müxalifət Xarici İşlər Nazirliyinə gələcək baş nazir Nikol Paşinyanın qarşısını kəsməyə çalışacaq. “Hörmətli həmvətənlər, Nikol Paşinyan martın 13-də saat 12:30-da hökumət binalarının kompleksinin ikinci korpusuna – Xarici İşlər Nazirliyinə baş çəkməyə …

Read More »

Rusiyada virusdan qorxan azalır, peyvənd olunmaq istəməyən artır

Rusiyada hər üç adamdan ikisi koronavirusun bioloji silah olduğuna inanır. Boyukmillet.com-un məlumatına görə, bunu “Levada” mərkəzinin keçirdiyi sörğu göstərib. Sorğu 2021-ci il fevralın 18-dən 24-dək Rusiyanın 50 bölgəsində 1601 nəfər arasında aparılıb. Respondentlərin 64%-i koronavirusun yeni bioloji silah kimi süni şəkildə yaradıldığını deyib. Rəyi soruşulanların 23%-i bu virusun təbii şəkildə meydana çıxdığına inandığını söyləyib. Respondentlərin 13%-i isə bu barədə sualı …

Read More »

Ermənistan müxalifəti parlament binasının giriş-çıxışını bağlayıb

“Martın 10-da saat 8:30-dan mübarizəmiz yeni güclə davam edəcək. Saat 16:00-da böyük mitinq olacaq”. Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə müxalifətin “Vətənin qurtuluşu hərəkatı”ndan bildirilib. Müxalifət nümayəndələri qeyd ediblər ki, bu gündən etibarən ölkədə baş nazir Nikol Paşinyana və onun hakimiyyət komandasına qarşı etiraz aksiyasının miqyası bir qədər də genişlənəcək. Hərəkatın nümayəndəsi İşxan Saqatelyan isə bildirib ki, …

Read More »

KİV: Paşinyanın məktəbə gəlişi uşaqları dəhşətə gətirdi

Ermənistanın baş naziri Nikol Paşinyanın martın 9-da Qavar şəhərindəki orta məktəbə gəlişi sakinləri, o cümlədən məktəbliləri qorxudub. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Yerevan.today“ yazıb. Mətbu orqan bildirib ki, Nikol Paşinyana qədər ölkənin Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və polislər məktəbə baş çəkiblər. Onlar müəllimləri dindiriblər və bütün məktəbi axtarıblar. Təhsil müəssisəsində axtarış protokola salınsa da, müəllimlərin dindirilməsinin buna aidiyyəti yoxdur. …

Read More »

Ermənistan müxalifəti bu gün yenidən meydanlara çıxacaq

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” martın 9-da baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən mitinq keçirəcək. Boyukmillet.com “panorama”ya istinadən xəbər verir ki, bu barədə “Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan feysbuk səhifəsində yazıb. O bildirib ki, aksiya saat 17-də Yerevanın Baqramyan prospektində başlayacaq.

Read More »

Türkiyədə hərbi avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Türkiyədə hərbçilərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu baradə Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir. Məlumata görə, hadisə Şırnak-Cizrə magistral yolunun 25-ci kilometrliyində olub. Hərbçiləri daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 11 hərbçi xəsarət alıb. Yaralılar Şırnak və Cizrə dövlət xəstəxanalarına çatdırılıblar. Onların həyatı üçün təhlükə yoxdur.

Read More »

Ermənistan təyyarəsini İrandan geri almaq istəyir

“Ermənistan “Boeing-737”nin Yerevana qaytarılması üçün İranla danışıqlar aparır”. Boyukmillet.com “Lragir”ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deputatların məsələ ilə bağlı sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, “Fly Armenia Airways” aviaşirkətinə məxsus təyyarə Ermənistan Mülki Aviasiya Komitəsindən Estoniyanın paytaxtı Talinndən Ukraynanın Qostomel hava limanına boş reys etmək üçün icazə alıb: “Ancaq təyyarə komitənin ona əvvəlcədən təqdim etdiyi marşrut …

Read More »