Cümə axşamı , 2 Aprel 2026

Region

Qazaxıstan Prezidenti Moskvaya gedəcək

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya dəvəti qüvvədə qalır. Lakin səfərin dəqiq tarixi hələ məlum deyil”. B oyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. “Ən yüksək səviyyədə təmas hər iki ölkə üçün olduqca vacibdir”, – o bildirib. Qeyd edək ki, ötən ilin dekabr ayında Rusiya Prezidenri Vladimir Putin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində K.Tokayevi Rusiyaya dəvət etmişdi.

Read More »

Türkiyə XİN Yunanıstan Prezidentinə cavab verib

“Yunanıstanın tez-tez ortaya atdığı həqiqətəuyğun olmayan ittihamlar iki ölkə arasındakı problemlərin həlli yolundakı səmimi və dürüst dialoq mühitinə kölgə salır”. Boyukmillet.com xəbər verir ki, bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda yer alıb. “Sürmənə Dünya Pont Helenizmi Sarayı”nın tikinti planının açılış mərasimində yaxın tariximizlə bağlı səsləndirilən əsassız açıqlamalar Türkiyə tərəfindən təəssüflə qarşılanır. Bu iddialar Anadoluda işğalçının Yunanıstan olduğunu, …

Read More »

Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq

Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, proses Tbilisi Şəhər Məhkəməsində saat 13:00-a təyin olunub. M.Saakaşvili prosesdə iştirak edəcək. O, bu barədə ötən gün yaydığı müraciətdə bildirib. Qeyd edək ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın …

Read More »

Qazaxıstanın yeni Baş naziri yeni hökumətin vəzifəsini açıqlayıb

Qazaxıstanın yeni Baş naziri Alixan Smailov yeni kabinetin ilk iclasında hökumətin vəzifəsinin ölkəni genişmiqyaslı böhrandan çıxarmaqdan ibarət olduğunu deyib. Bu barədə Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir. “Hörmətli hökumət üzvləri, biz bütün ölkə üçün çətin olan bu məqamda dövlət başçısının yüksək etimadını doğrultmalıyıq. Yeni hökumət Prezidentin xalqın həyat şəraitinin yaxşılaşdırılması, iqtisadiyyatın artım tempinin saxlanılması, pademiyaya qarşı mübarizə, terrorçuların və qarətçilərin vurdğuğu …

Read More »

Mövlud Çavuşoğlu sabah Çinə səfər edəcək

Sabah – yanvarın 12-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Çinə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Read More »

XİN başçısı: “Böhranın Qazaxıstanın suverenliyinə zərər verməyəcəyinə inanırıq”

“Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib. “Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Bölgəmiz geosiyasi maraqların mərkəzində dayanır. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və …

Read More »

Mövlud Çavuşoğlu: “Türk dünyası olaraq Qazaxıstanın yanındayıq”

“Türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Türkiyə olaraq da proseslərin əvvəlindən qazaxıstanlı rəsmilərlə təmasda olmuşuq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib. O vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olmaqla TDT-yə üzv ölkələrin başçıları təmasda olaraq hadisələri yaxından izləyiblər.

Read More »

Türkiyənin Azərbaycanla sərhədində bəbir görünüb

Türkiyənin Azərbaycan, habelə İran və Ermənistanla həmsərhəd olan İğdır əyalətində bəbir görünüb. Bu barədə Boyukmillet.com  Türkiyə mətbuatına istinadən xəbər verir. Təhlükəsizlik kameralarına əks olunan görüntüləri İğdırın bələdiyyə rəhbəri Mustafa Güzelkaya sosial şəbəkədə paylaşıb. Bu bəbirin təxminən bir ay əvvəl eyni bölgədə görülən heyvandan fərqli olduğu güman edilir. Koç Universitetinin professoru Çağan Şekercioğlu bəbirin yayılma arealının İğdır əyaləti sərhədindən 15 kilometr uzaqlıqda …

Read More »

Ərdoğan Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsinin təyin edilməsi barədə sərəncam imzalayıb

Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi rəsmən təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı sərəncamı Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb. Sərəncama əsasən səfir Serdar Kılıç Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Serdar Kılıç Türkiyənin ABŞ-da səfiri olub. Onun rəsmi Ankaranın Yerevanda xüsusi nümayəndəsi təyin edilməsində məqsəd Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Xüsusi nümayəndələrin ilk görüşü bu ay …

Read More »

Prezident: “Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. “Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə …

Read More »