“Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Nazir qeyd edib ki, Azərbaycanla ortaq hərbi fəaliyyət davam edir. Ermənistanla sərhəddə atəşkəsə nəzarət üçün ötən il yanvarın 30-dan etibarən Rusiya ilə birlikdə ortaq mərkəz yaradılıb. Ermənistanla Azərbaycan sərhədində atəşkəsin pozulması halları nəzarət altına alınıb: “Ümid …
Read More »Türkiyənin milli müdafiə naziri: “Haqq işində Azərbaycanın yanındayıq”
“Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezidentin (Rəcəb Tayyib Ərdoğan-red) birlikdə Ermənistana uzatdığı sülh əlinin başa düşülməsi, tutulmasıdır. Bu fürsətdən istifadə edilməsidir. Söhbət yalnız Azərbaycan, Ermənistandan getmir, bütün bölgəni – Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə, regionun sabitlik adasına çevirməkdən gedir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanda baş verənlərdən danışarkən …
Read More »Türkiyə Müdafiə Nazirliyi: S-400-lərin alınması zərurət idi
“Türkiyənin Rusiyadan S-400-lər alması seçim deyil, zərurətdir, Ankaranın prioriteti təhlükəsizlikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. “S-400 hücum və təhdid olmadığı təqdirdə, heç kimə zərər verməyəcək sistemdir. Bizim prioritetimiz 84 milyon insanın, ölkəmizin təhlükəsizliyidir”, – nazir qeyd edib. Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, …
Read More »Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanılıb
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Məlumata görə, o, dövlətə xəyanətdə şübhəli bilinir. Bildirilib ki, sabiq sədr müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib. Onunla yanaşı daha bir neçə nəfər saxlanılıb, lakin həmin şəxslərin adları açıqlanmır. Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.
Read More »Qırğız parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı iclası baş tutmayıb
Qırğız Respublikası parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı xüsusi iclası baş tutmayıb. Boyukmillet.com xəbər verir ki, bunu qanunveriuci orqanın sədri Talant Mamıtov deyib. Onun sözlərinə görə, parlamentin 90 deputatından yalnız 40-ı qeydiyyatdan keçib. Nəticədə iclasın başlaması üçün yetərsay toplanmayıb. Məlumata görə, fövqəladə iclasda deputatlar Qırğız Respublikası hərbçilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana göndərdiyi sülhməramlı missiyasında iştirakı məsələsi müzakirə ediləcəkdi.
Read More »Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib
Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Xabar 24” məlumat yayıb. Bildirilib ki, Jambıl vilayətinin administrasiyasının binası da hakimiyyət nümayəndələrinin nəzarətinə qaytarılıb. Qeyd edək ki, Qazaxıstanın Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Yanvarın 6-na olan uçuşlar təxirə salınıb.
Read More »Lukaşenko Qazaxıstandakı etirazçılara səslənib: “Diz çöküb hərbçilərdən üzr istəyin”
“Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. “Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Mən onlara sadəcə deyərdim: hay-küy saldınız, qışqırdınız, bəsinizdir, danışıq aparmaq lazımdır”, – dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, …
Read More »Türk Dövlətləri Təşkilatı: “Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik”
“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub. “Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi …
Read More »Almatı hava limanı fəaliyyətini dayandırıb
Qazaxıstanın Almatı şəhərindəki hava limanı fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, məlumatı aeroportun mətbuat xidməti yayıb.
Read More »Qazaxıstanın Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir
Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir. Boyukmillet.com xəbər verir ki, məlumatı TASS yayıb. Bildirilib ki, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS göndərir. Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb, 400-ə yaxın şəxs hospitala yerləşdirilib. Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş tördənlərin müəyyənləşdirilməsi və onların …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar