Cümə axşamı , 2 Aprel 2026

Region

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Danışıqlar …

Read More »

Gürcüstanda “Omikron”a yoluxanların sayı 150-yə yaxınlaşır

Hazırkı dövrədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 144 yoluxma halı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Qeyd edək ki, qonşu ölkədə COVID-19-un mutasiyaya uğramış yeni ştamına ilk yoluxma halı dekabrın 20-də qeydə alınıb.

Read More »

Rusiyada avtobus qəzasında 5 nəfər ölüb

Rusiyanın Ryazan vilayətində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Belə ki, Moskvadan Həştərxan istiqamətində hərəkət edən “Neoplan” müntəzəm avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb, nəticədə 5 nəfər ölüb, ikisi azyaşlı olmaqla 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobusda 52 nəfər olub. Xəsarət almayanlar üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb. https://t.me/izvestia/72828?single

Read More »

Paşinyanın qızının 1 379 dollarlıq ayaqqabısı ermənilər arasında hiddət yaradıb

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın 1 379 dollarlıq ayaqqabısı ölkə əhalisi arasında geniş rezonans və hiddət yaradıb. Bu barədə Boyukmillet.com “Armday.am”a istinadən xəbər verir. Belə ki, baş nazirin qızı Mariam Paşinyan dünya şöhrətli dizayner “Manolo Blahnik”in ayaqqabısını geyinərək onun şəklini sosial şəbəkədəki hesabında paylaşıb. Bu ayaqqabıların orta qiyməti təxminən 500 ABŞ dollarından başlayır. “Armday.am” saytı araşdırma zamanı müəyyən edib …

Read More »

Türkiyə və ABŞ gəmiləri Aralıq dənizində birgə təlim keçib

Türkiyə Hərbi Dəniz Qüvvələrinin freqatları ABŞ Hərbi Dəniz Donanmasının “Gravely” gəmiləri ilə birlikdə Aralıq dənizinin şərqində təlim keçidləri edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik tviter səhifəsində hərbi gəmilərin keçidinin fotolarını paylaşıb.

Read More »

Naxçıvan-Məşhəd qatarının açılması təklif edilir

İranın Naxçıvandakı Baş konsulu Seyid Əhmad Hüseyni “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev görüşüb və Naxçıvan-Məşhəd qatarının açılması ilə bağlı lazımi addımların atılması barədə müzakirələr aparılıb. Bu barədə Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir. Baş konsul görüş zamanı regional kommunikasiyaların əhəmiyyətinə toxunub və əlavə edib ki, Naxçıvandan Məşhəd qatarının işə salınması bu istiqamətdə irəliləyiş üçün bir başlanğıc ola bilər. Həmçinin, görüşdə …

Read More »

Saakaşvili naməlum istiqamətdə aparılıb

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçi Qori şəhərindən naməlum istiqamətdə aparılıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbərinə görə, Yelizaveta Yasko bu barədə feysbukdakı hesabında yazıb. “Məlumat var ki, Mixeil Saakaşvilini Qoridən çıxarıblar! Naməlum istiqamətdə! Vəkillər onun Qoridə olmadığını təsdiqləyiblər! Onun vəziyyətini və aparıldığı istiqaməti heç kim bilmir!”, – Yasko sosial …

Read More »

Rusiya XİN Türkiyə və Ermənistan arasında vasitəçilik etməyə hazırdır

Rusiya münasibətlərin normallaşması üzrə dialoqda Ermənistan və Türkiyə arasında vasitəçilik etməyə, istənilən formada yardım göstərməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. “İlkin şərtlər irəli sürülməsindən imtina etməyi, tədricən etimad və mehriban qonşuluq mühitinin formalaşmasına yol açan qarşılıqlı məqbul hesab olunan mövzulara və addımlara köklənməyi vacib hesab edirik”, – …

Read More »

Vladimir Putin əcnəbilərin Rusiya vətəndaşı olmasını sadələşdirir

Rusiya Prezidenti Vladimir Putin əcənəbilərin vətəndaşlığa qəbul olunmasının sadələşdirilməsi ilə bağlı qanun layihəsini Dumaya təqdim edib. Boyukmillet.com  xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, yeni layihəyə əsasən keçmiş SSRİ vətəndaşları, onların övladları, könüllü köçürmə proqarmında iştirak edənlər, Rusiyada yaxın qohumluq əlaqələri olanlar, Rusiya imperiyası təbəələrinin varisləri vətəndaşlıq ala bilərlər. Sadələşdirilmiş qaydalar 20 kateqoriya şəxsə şamil edilə bilər.

Read More »

Türkiyə-Suriya sərhədində 8 terrorçu zərərsizləşdirilib

Türkiyə-Suriya sərhədində 8 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb. “Fərax qalxanı” bölgəsinə minaatan və YARS atışları ilə hücum edən PKK/YPG terrorçularına atəş-dəstək vasitələrimiz ilə sərt cavab verilib. İlkin məlumata görə, hücum edən 8 PKK/YPG terrorçusu zərərsizləşdirilərək istifadə etdikləri vasitələr də məhv edilib”, – tvitdə qeyd olunub

Read More »